Əsas məzmuna keç

Azərbaycan da 6 nəfəri xarici ölkələrə təhvil verib

Azərbaycan 2026-cı il ərzində beynəlxalq axtarışda olan 22 nəfəri ekstradisiya edib.

Bu barədə Tezadlar.az ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari il ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarış xətti üzrə xarici ölkələrdən təhvil alınan şəxslərin sayı ümumilikdə 22 nəfər təşkil edib (11 nəfər Rusiya, 3 nəfər Gürcüstan, 2 nəfər Qazaxıstan, 2 nəfər BƏƏ, 2 nəfər Ukrayna, 1 nəfər Monteneqro, 1 nəfər Türkiyə).

Eyni zamanda, bu il ərzində ümumilikdə 6 nəfərin xarici ölkələrə verilməsi təmin edilib (1 nəfər Moldova, 1 nəfər Çin, 1 nəfər Rusiya, 1 nəfər Qırğız Respublikası, 1 nəfər Özbəkistan, 1 nəfər Tacikistan).

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…