Əsas məzmuna keç

Azərbaycan qadını tarixən belə çağrılıb: bəs indi necə?

…Azərbaycanın bəzi kino və teatr əsərlərində kişi öz qadınını “Arvad” deyə çağırır… Bu ifadə isə bəzən mübahisələrə, etirazlara səbəb olur.

Məsələ ondadır ki, qadınların “arvad” deyə çağrılması həm də qanunvericiliyimizdə təsbit edilməkdədir. Məsələn, anket sorğularında “Kişi-ər, Qadın-arvad” yazılır. İstintaq materiallarında da belə ifadə edilir.

Tezadlar.az tarixi mənbələrə istinad edərək bu mübahisələrdə ortaq məxrəcin də olduğunu diqqətə çatdırır. Məsələn, tarixən 15 yaşına qədər olan qızlara banu, 15-35 yaşlı qız və qadınlara bəyim, 35-55 yaşlılara xanım, 55-75 yaşlılara xatun, yaşı 75-dən yuxarı olanlara isə xanım-xatun deyilərmiş.

Bəs bu çağırılmaları indi bərpa etmək yerinə düşərmi? Və niyə də olmasın…

Oxucuların mövqeyi maraqlı olardı. Xüsusən də xanımların…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…