Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakının Badamdar qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Tezadlar.az-ın məlumatına görə, qəza ötən gecə saat 23:30 radələrində 20-ci sahə istiqamətində qeydə alınıb.
Bildirilir ki, sürücü qanunla müəyyən edilmiş sürət həddi ilə hərəkətdə olduğu halda, yolda aparılan təmir işləri ilə bağlı heç bir xəbərdaredici nişanın və ya işıqlandırıcı elementin olmaması səbəbindən maneəni görə bilməyib.
Nəticədə sürücü ani tormoz versə də, toqquşmadan qaça bilməyib və avtomobilə ciddi maddi ziyan dəyib.
Qəza anı avtomobilin videoregistratoru tərəfindən qeydə alınıb.
Hadisə yerinə dərhal polis əməkdaşlarının cəlb edildiyi qeyd edilir.