Əsas məzmuna keç

Bakıda məktəbdə zəhərlənmə iddialarına rəsmi açıqlama verildi

Sosial şəbəkələrdə Bakı şəhəri Xətai rayonu 257 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsinin baş verdiyi ilə bağlı iddialar səsləndirilib.

257 nömrəli tam orta ümumtəhsil məktəbdən Tezadlar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Hazırda şagirdlərin vəziyyəti normaldır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…