Əsas məzmuna keç

Bank kartlarından 20332 manat oğurlanıb

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 85

Ötən gün vətəndaşların bank kartlarından 20332 manat oğurlanıb.

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9920, 1800, 1411, 1390, 1255, 924, 658, 500, 498, 485, 400, 240, 220, 125, 100, 100, 100, 86, 70, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə Tezadlar.az-a DİN-dən bildirilib.

“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”,- deyə məlumatda qeyd edilib.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…