Əsas məzmuna keç

Bədii qiraətçi dəm qazından boğuldu

Paytaxtda  ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

TEZADLAR.AZ xəbər verir ki, Yasamal rayonu Akim Abbasov küçəsində yaşayan Şəhruz Faiq oğlu Tapdıqov dəm qazından boğularaq ölüb. Belə ki, o, hamam otağında olarkən içəriyə dəm qazı sızıb. Nəticədə Ş.Tapdıqov vəfat edib.

Qeyd edək ki, Şəhruz Tapdıqov yutubda müxtəlif şairlərin şeirlərini səsləndirirmiş.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…