25 İyul 2026 / 09:30

Bələdiyyə katibi velosipeddən yıxılaraq ölüb

Melikgazi Bələdiyyəsinin şəxsi katibi Mustafa Tümgüç Kayseridə velosipeddən yıxılaraq ölüb.

Tezadlar.az xəbər verir ki, Tümgüç velosipedi ilə Erciyes dağından enərkən Mehmet Özhaseki Bulvarında tarazlığını itirərək yola yıxılıb.

Ərafdakı şəxslərin xəbərlərindən sonra hadisə yerinə polis və tibbi qruplar göndərilib.

Tümgüçün öldüyü müəyyən edilib və cəsədi xəstəxana morquna aparılıb.

Məlikgazi Bələdiyyə başçısı Mustafa Palancıoğlunun qəzadan sonra hadisə yerinə gələrək səlahiyyətlilərdən məlumat aldığı öyrənilib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!