Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyul 2026 / 07:31

Benzin daşıyan yük avtomobili teplovozla toqquşdu

Gecə saatlarında Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var.
“Azərbaycan Dəmir Yolları” dan (ADY) tezadlar.az- a verilən məlumata görə, saat 22:28 radələrində Sumqayıtçay stansiyasının çıxışında yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, 77-BZ-281 dövlət qeydiyyat nişanlı, boş vəziyyətdə olan benzin daşıyan yük avtomobili dəmiryol keçidindən keçmə qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində teplovoz relsdən çıxıb, yük avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hazırda faktla bağlı araşdırma aparılır. Hadisə yük maşını sürücüsünün səhlənkarlığından baş verdiyi şübhə doğurmur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!