Bərdə rayonunda avtomobil yaşayş evinə çırpılıb, xəsarət alanlar var.
Tezadlar.az xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.
Məlumata görə, idarəermədən çıxan “Changan” markalı avtomobilin yol kənarındakı evə çırpılması nəticəsində tikilinin divarı uçub.
Qəza zamanı evdə olan bir ailənin 3 üzvü – Sevinc, Xədicə və Günel İsmayılzadələr müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.







