Əsas məzmuna keç

BİRJALARDA NEFT QİYMƏTLƏRİ YENƏ DƏYİŞİB

 Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,05 dollar azalaraq 79,05 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar artaraq 74,19 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,43 dollar və ya 1,72 faiz artaraq 84,44 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…