BLİNKEN TÜRKİYƏYƏ SƏFƏR ETMƏYİ PLANLAŞDIRIR

Oxunma sayı: 48

Türkiyənin rəsmi mənbəsi ABŞ dövlət katibi Antoni Blinkenin dekabrın 13-də ölkəyə səfər edəcəyini təsdiqləyib.

“Cənab Blinken cümə günü Türkiyəyə gələcək”, – mənbə bildirib.

Tezadlar.az xəbər verir ki, bundan əvvəl “Haber” qlobal telekanalı Blinkenin gözlənilən gəlişi barədə məlumat vermişdi. Səfər proqramına Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar da daxildir. Əsas diqqət Suriyadakı vəziyyətə veriləcək.

E.ŞİRİNOV

Xəbəri paylaş