CEYHUN BAYRAMOV İƏT XİN ŞURASININ İCLASINDA ÇIXIŞ EDİB

Dekabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak və çıxış edib.

ABXAZİYA PARLAMENTİ BU SAZİŞİ RATİFİKASİYA ETMƏDİ

Abxaziya parlamentinin deputatları Rusiyanın hüquqi şəxslərinin Abxaziya ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair hökumətlərarası Abxaziya-Rusiya sazişinin ratifikasiyasının əleyhinə səs veriblər. İclasda 35 deputatdan 23-ü iştirak edib.

CEYHUN BAYRAMOV İRANA İŞGÜZAR SƏFƏRƏ GEDİB

Bu gün – dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfərə gedib.

NOVXANIDAKI PARTLAYIŞDA İKİ NƏFƏR XƏSARƏT ALIB – YENİLƏNİB

Dekabrın 3-də saat 08:10 radələrində Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

QVİNEYA-BİSAU İLƏ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ

Energetika naziri Pərviz Şahbazov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama ilə yanaşı, Energetika və Təbii Sərvətlər nazirliklərinin, həmçinin bu ölkənin Dövlət Neft Şirkətinin nümayəndələri də iştirak ediblər.

FOTOMÜXBİRLƏR MOSKVADA TASS-IN SEMİNARINDA İŞTİRAK EDİBLƏR

Noyabrın 25-dən dekabrın 1-dək Rusiyanın Moskva şəhərində TASS İnformasiya Agentliyinin təşkilatçılığı ilə MDB-nin xəbər agentliklərinin fotomüxbirləri üçün seminar təşkil edilib. Seminarda Azərbaycanı “Gilavar Foto Klubu” ictimai birliyinin üzvləri – AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayev, “Bakı Metropoliteni” QSC-nin fotomüxbiri Məhərrəm Məcidov və “Azərbaycan Dəmir Yolları” ASC-nin əməkdaşı Allahkərim Abbasov təmsil ediblər.

DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ QUBA ŞƏHƏRİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 4-də Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Лавров отождествил победу над фашисткой Германией с присоединением Северного Азербайджана к Российской империи

Порой лавровские взбросы вызывают только удивление. Так глава МИД России Сергей Лавров в приветственном послании к участникам ЫЫ Общественного форума “Россия-Армения” в Москве напомнил

1-İ AZYAŞLI OLMAQLA 7 NƏFƏR XİLAS EDİLİB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

ƏSƏD ƏRDOĞANIN TƏKLİFİNİ QƏBUL EDƏ BİLƏR

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ərəb respublikasının şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar münasibətlərin normallaşdırılması təklifini qəbul edə bilər.

PREZİDENT SİYASİ PARTİYALARLA RAZILAŞIB Kİ…

“Vətəndaş etirazı öz kortəbiiliyi, azadlığı və özünütəşkili ilə olduğu kimi davam etməlidir – biz hamımız razılaşdıq ki, bu, heç bir siyasi partiyanın və ya mənim müdaxiləmə ehtiyac duymur, lakin bu aksiyaların dəstək və müdafiəyə ehtiyacı var”.

Aİ UKRAYNAYA QOŞUN GÖNDƏRMƏ EHTİMALINI BELƏ QİYMƏTLƏNDİRİB

Avropa İttifaqı (Aİ) Avropa ordusunun Rusiya ilə münaqişədə Ukrayna tərəfində iştirak edə biləcəyini istisna etmir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İtaliyanın ANSA agentliyinə istinadən qoşunların göndərilməsi ehtimalını belə qiymətləndirib.

DTX TƏCİLİ BƏYANAT YAYDI- TƏXRİBATÇILAR VAR!

“Bəzi şəxslər Gürcüstan Parlamentinin qarşısında davam edən etirazlar zamanı təxribatlar təşkil etməyə çalışır. Bu təxribatların məqsədi dağıdıcı və zorakı ssenarilərin həyata keçirilməsidir.

COP29 MEDİAMIZDA BELƏ İŞIQLANDIRILIB

COP29-da mediada 60 min-ə yaxın link yaradılıb, bunlardan 42 minə yaxını azərbaycandilli, 10 min 600-dən çoxu rusdilli, 7 min 300-ə yaxını ingilisdilli media subyektlərində dərc edilib.

BƏŞƏR ƏSƏDƏ QARŞI ÜSYANMI?

Suriyalı üsyançılar iki minalanmış avtomobili partlatmaqla ölkənin ikinci ən böyük şəhəri olan Hələbə daxil olub və şəhərin qərb kənarında hökumət qüvvələri ilə toqquşmaya girib.

QIZIL KÜLÇƏLƏRLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANILDI

Azərbaycan Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə cinayət təqibi həyata keçirilir.

NARKOTİK VASİTƏLƏRİN ÖLKƏ ƏRAZİSİNƏ KEÇİRİLMƏSİNİN QARŞISI ALINDI

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

ŞƏRURDA HƏRBİ SURSAT TAPILIB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayonunun Danyeri və Tənənəm kəndləri istiqamətində açıq ərazidə hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

RADADA ZELENSKİYƏ NİYƏ GÜLÜBLƏR?

Vətənə xəyanətdə şübhəli bilinərək həbs edilən ukraynalı deputat Aleksandr Dubinski ölkədə səfərbərlik yaşının aşağı salınması və Kiyevin Ukrayna sərhədləri ilə bağlı yeni bəyanatları fonunda Ukrayna prezidenti Vladimir Zelenskini ələ salıb.

FRİDRİX NİTSŞE: ZƏRDÜŞT BELƏ DEDİ-X HİSSƏ

Yaramaz insanlar haqqında         Həyat sevinc bulağıdır. Ancaq yaramaz insanlar  bu bulaqdan su içdkdə bulaq zəhərlənir.         Mən təmiz hər şeyi sevirəm. Amma mən dişlərini ağartmış və murdar hərisli sifətləri görə bilmirəm.          Onlar baxışlarını bulağın dərinliklərinə zillədilər. İndi budur, onların iyrənc təbəssümü görünür.          Onlar şəhvətləri ilə müqəddəs suyu zəhərlədilər; çirkli yuxularına sevinc deyəndə, sözləri […]

ŞEYXÜLİSLAM HƏZRƏTLƏRİNİN BMT-NİN SİVİLİZASİYALAR ALYANSINDA ÇIXIŞ EDİB

Portuqaliyanın Kaşkaiş şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) «Sülhdə birlik — etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 27-də forumun «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxış edib.

PREZİDENT MƏRKƏZİ NƏBATAT BAĞI İLƏ TANIŞ OLUB

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərindən sonra Mərkəzi Nəbatat Bağının açılışında iştirak ediblər.

GÜNÜN KRİMİNAL HADİSƏLƏRI

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

KÜLLİ MİQDARDA AKSİZ MARKASI İLƏ MARKALANMAYAN SİQARETLƏR AŞKAR EDİLİB

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu ərazisində iki nəfər şəhər sakininə məxsus nəqliyyat vasitələrinə, həmçinin müvafiq məhkəmə qərarı əsasında istifadələrində olan qeyri-yaşayış sahəsinə baxış keçirilib.

YANVARIN 29-U BƏLƏDİYYƏ SEÇKİLƏRİDİR!

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. “Report” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib. Qeyd edək ki, azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək. Bələdiyyə seçkiləri 118 saylı Ağdam – Xocalı, 120 saylı Cəbrayıl – Qubadlı, 121 saylı Laçın, […]

HƏFTƏBECƏR

Elza Seyidcahan ona verilişlərin birində “xalqa təlxəklər, pulsuz oynadılan meymunlar lazımdır” dediyinə görə, müğənni Roza Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib. Bu günlərdə keçirilən məhkəmənin birinci iclası təxirə salınıb. P.S. İndi gəl, ayrıd et görüm kim düz deyir? Deyəcəksən ki, Roza Zərgərli düz deyir, onda Elza Seyidcahan səni də məhkəməyə verəcək. Yox, əgər desən ki, […]

ŞOU ƏHLİNƏ ADLI TƏQAÜD 200 MANAT, VETERANA 80 MANAT?

Toyları 15-20 min manata oxuyan Xalq artistinə hər ay 200, Əməkdar artistinə 150 manat, amma canını Vətən yolunda əsirgəməyərək, qələbə qazanan və diri şəhidlər olan Müharibə Veteranına isə 80 manat təqaüd verilməsindəki təzadı kimsə izah edə bilərmi?

FHN QUBADA QANUNSUZ TİKİLİNİ SÖKÜB (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

ÖTƏN SUTKA ƏRZİNDƏ 16 YANĞINA ÇIXIŞ OLUB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

TANINMIŞ ƏRƏBŞÜNAS ALİM – AKADEMİK GÖVHƏR BAXŞƏLİYEVA

Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmət, elmə verdikləri töhfə daima diqqət mərkəzindədir. Şərqşünaslıq elminin inkişaf etdirilməsində akademik Əbdülkərim Əlizadə, akademik Əlisöhbət Sumbatzadə, akademik Həmid Araslı, akademik Ziya Bünyadov, professor Rüstəm Əliyev, professor Aida İmanquliyeva kimi dahi şəxsiyyətlərin müstəsna rolu olmuşdur. Şərqşünaslıq məktəbini layiqincə davam etdirmək […]

HANSI KİTABI OXUMAQ OLMAZ?

Tanınmış yazıçı-publisist Səfər Alışarlı kitablara münasibətdə cəmiyyətə ünvanlı maraqlı tövsiyyə edib…

DİŞ MƏCUNU QABINDAN NARKOTİK VASİTƏ AŞKAR EDİLDİ

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.

3-Ü AZYAŞLI OLMAQLA 8 NƏFƏR XİLAS EDİLİB

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.