Əsas məzmuna keç

İSMAYILLIDA ƏMƏLİYYAT KEÇİRİLİB: HƏBS OLUNAN VAR

İsmayıllıda əməliyyat keçirilib, rayon sakinindən səkkiz kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxlanılan ov tüfəngləri götürülüb.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər də məhkum olunmuş rayon sakini, 29 yaşlı Fərhad Hüseynov saxlanılıb. Onun idarə etdiyi avtomobildən və yaşadığı ünvandan səkkiz kiloqrama yaxın marixuana, eləcə də qanunsuz saxladığı iki ədəd ov tüfəngi aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə saxladığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, F.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…