SAHİBKARA VERGİ AZAD OLMASI NƏ ZAMAN TƏTBİQ EDİLƏ BİLƏR?

 Mən Cəbrayıl rayonunda fərdi sahibkar kimi tikinti materiallarının topdansatışı ilə məşğulam. Sabirabad rayonunda fəaliyyət göstərən vergi ödəyicisinə elektron qaimə-faktura təqdim edilməklə satdığım tikinti mallarına görə mənə vergi azadolması tətbiq edilirmi? 

GƏNC OĞLANI HEÇ NƏDƏN ÖLDÜRDÜ

Bu gecə saat 2 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

BAKIDA YENİ İL BELƏ QARŞILANACAQ

Dekabrın 31-də saat 00.00-da Bakıda Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram atəşfəşanlığı keçiriləcək.

MƏKTƏBLİNİ TUNELDƏ DİLƏNDİRƏN KİMDİR?- FOTO

…Dəfələrlə yazmışıq ki, yekələrin körpə və ya balaca uşaqlardan, məktəb yaşlılardan dilənçilikdə alət kimi istifadə etməsi nəinki Allaha, həm də qanunlarımıza, ərazilərə nəzarət edən sahə rəislərinə-polisə ağır gedən əməldir…

“TEATRLARA 1 MİLYONDAN ÇOX TAMAŞAÇI GƏLİB” – NAZİR AİDA BALAEVA

“Ötən il respublika teatrları heyrətamiz 2167 tamaşa nümayiş etdirib, o cümlədən 65 yeni tamaşa. Bu, ölkəmizin mədəni həyatının müxtəlifliyində mühüm addımdır. Bunlardan 32 tamaşa respublika büdcəsi, daha 33 tamaşa isə teatrın vəsaiti hesabına reallaşıb. Yerli müəlliflərin əsərləri əsasında 28, xarici müəlliflərin əsərləri əsasında isə 37 yeni tamaşa ərsəyə gətirilib”.

AZƏRBAYCANDA PUL BAZASI KİÇİLDİ – SƏBƏBİNİ MÜTƏXƏSSİS AÇIQLADI

Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb.

DAMM PREZİDENTİN AD GÜNÜNÜ SIĞINACAQDAKI KÖRPƏ FİDANLARLA KEÇİRDİ – ŞİRVANDAKI “MƏRHƏMƏT EVİ” ZİYARƏT EDİLDİ

Uşaqlar valideynlərinin, ailə üzvlərinin əhatəsində daha güclü, daha özgüvənli olurlar. Bəlkə də onların bəziləri gündəlik kiçik məişət qayğılarına baxmayaraq, nə qədər xoşbəxt olduqlarının fərqində belə olmurlar. Çünki xəbərsiz olduqları daha bir dünya var, hansı ki, oradakı həmyaşıdları onların sahib olduğu çox şeydən məhrumdurlar: ən əsası isə valideyn sevgisindən…

“TƏZADLAR”IN KÖŞƏ YAZARI, ARAŞDIRMAÇI JURNALİST ƏDALƏT TEYMUROV DÜNYASINI DƏYİŞİB

…O təkcə dünyagörüşü zəif, Azərbaycanın Vətən savaşındakı qələbəsinə sevinməyi bacarmayanlarla, bəzi yazılarında onu anlamayanlarla deyil, həm də onu daban- dabana izləyən, təqib edən xəstəliklə də mübarizə aparırdı… Bir neçə il “Ədalət” qəzetində birgə çalışdıq. Qələmi və sözü, peşəkar yanaşması olan, jurnalistikaya hörmət gətirən idi… Sonralar Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətində, o cümlədən Sənədli Filmlər Kinostudiyasında […]

RUSİYA BAEA-NI BUNUNLA BAĞLI XƏBƏRDAR ETDİ

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) bildirib ki, Zaporojye AES-in təhlükəsiz istismarını təmin etmək üçün kifayət qədər işçi qüvvəsi var.

İRAN ABŞ-I HƏDƏLƏDİ

İran ABŞ və İsrailin Qəzza zolağında atəşi dayandırmayacağı təqdirdə Aralıq dənizi, Cəbəllütariq və digər su yollarını bağlayacağı ilə hədələyib.

BAKI BULVARINDA QAYIQ BATDI- 6 NƏFƏRİN BƏXTİ GƏTİRDİ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AQTA “OKEAN”DA YOXLAMA APARIB

Bakıda fəaliyyət göstərən marketlərdən birində satılan dovğa məhsullarının istifadə müddətlərinin bitməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb.

ZELENSKİ İLƏ ZALUJNI ARASINDA ARTAN QARŞIDURMA…

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnının ofisində telefon dinləmələri ilə bağlı qalmaqal onunla Ukrayna prezidenti Vladimir Zelenski arasında qarşıdurmanı daha da gücləndirə bilər.

BİZ KİMƏ VƏ NƏYƏ GÜLÜRÜK?

…Yuxarıda göstərilən sualın cavabını tapmaq üçün bir az düşünərək, yaşadığımız mühitin gündəminə ayna tutaq.

İSTİNTAQ “KANAL13″Ü BAĞLAYA BİLƏR, AMMA…

Dekabrın 11-də Bakının Səbail Rayon Məhkəməsi “Kanal 13” internet TV-nin bağlanması haqqında qərar qəbul edib. Bu barədə mətbuata kanalın həbs edilmiş rəhbəri Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib. 

BU ÖLKƏLƏRDƏN QUŞÇULUQ MƏHSULLARININ İDXALINA MƏHDUDİYYƏT QOYULUB

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən Çin Xalq Respublikasının Çonqqinq əyalətində, Tunis Respublikasının Tauzar vilayətində dabaq, Macarıstanın Komarom-Esterqom inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Miçiqan, Kanzas, Nyu-York ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

BAKINI ÖZ SAKİNLƏRİNƏ İCARƏYƏ VERƏNLƏRİN İNSAFI YOXDURMU?

…Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakının küçə və həyətlərini şlaqbaumlaşdırıb indi də keçib yetim-yüsürün gəzib dərdini suya-dənizə danışmaq istədiyi bulvar ərazilərinə… 

ATALARIN YOLU OĞULLARIN YOLUDUR…

Deyirlər, öz yaddaş gücüylə silahlanan xalq məğlubedilməzdir. Biz hələ sovet dönəmində yaşayarkən İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı mərdlik və qəhrəmanlıqla vuruşan igid ata və babalarımızın adlarını tarix kitablarından oxuyub öyrənirdik…

PAŞİNYAN RUSİYANI İTTİHAM EDİB

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmaları yerinə yetirməməkdə ittiham edib.

KTMT-NİN BAŞ KATİBİ İRƏVANA SƏFƏR EDƏCƏK

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-də İrəvana səfər edəcək və burada təşkilatın Minskdə keçirilən sammitinin nəticələrini müzakirə etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

PEŞƏ YÖNÜMLÜ TƏHSİLLƏ BAĞLI LAYİHƏNİN İCRASI TAMAMLANIB

Azərbaycan Respublikası QHT- lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB «Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi” adlı 4 aylıq layihənin icrasını tamamlayıb.

RÖVŞƏN NOVRUZOĞLU HƏBS EDİLDİ

Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.