ÜÇTƏRƏFLİ GÖRÜŞÜN YEKUNU İLƏ BAĞLI BƏYANAT

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb.

HƏFTƏBECƏR

Müğənni Roza Zərgərli onun bədənini müzakirə edənlərə bir saytda belə cavab verib: “Müğənillərin savadı çatmayanda bədənimi müzakirəyə qoyurlar. Elza Seyidcahan haqqımda “getsin fiqurası ilə məşğul olsun” dedi. Elza qarşımda dizin-dizin sürünsə də olmaz. Başına maral qoymaqla deyil, içi boşdur”. P.S. Ay Roza, belə ay rəhmətliyin qızı, şou əhli xanımın sənəti yoxdur deyə, bədənini müzakirəyə çıxarmalıdır […]

İSMAYIL ZEYNALOVA MDU ÜÇÜN DƏRSLİK HAZIRLAMAQ TƏKLİF EDİLİB

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin böyük elmi işçisi texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Universitet muzeyində elm” adlı beynəlxalq ümumrusiya elmi konfransında iştirak edib.

SOSİAL XİDMƏTLƏR AGENTLİYİ QAZİYƏ XİDMƏTDƏN NİYƏ İMTİNA EDİR?

“ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Prezidentin 30.06.2020 tarixli 1077 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə əlilliyi olan şəxslərin reabilitasiyası və sanatoriya-kurort yollayışları ilə müalicələrinin təşkil edilməsi qüvvəyə minsə də, SXA-nın sədri Vüqar Behbudovun ayrı-seçkiliyi üzündən Qarabağ qaziləri xidmətdən məhrum edilirlər”.

MÜALİCƏ ADI ALTINDA TOPLANAN PULLAR HARA XƏRCLƏNİR?

“Son zamanlar müxtəlif media qurumlarında ayrı-ayrı şəxslərin cərrahi əməliyyat olunmaları üçün əhalidən vəsait toplamaq məqsədi daşıyan müraciətlərə rast gəlinir. Bu yaxınlarda məşhur media qurumu tərəfindən dərc olunan 3 yazı agentlik tərəfindən araşdırılıb”.

“MEDİA HAQQINDA” QANUN LAYİHƏSİNƏ QULU MƏHƏRRƏMLİ BAXIŞI

Cəmiyyətin inkişafına milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. XX əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında növbəti mərhələnin əsasını qoyub.

BAKINI TIXACLARDAN NECƏ XİLAS ETMƏLİ?- ARAŞDIRMA

“Təzadlar”ın araşdırması: Bakının Babək, 8 noyabr (keçmiş Nobel) və H.Əliyev kimi əsas prospektlərindən Cavanşir körpüsü ilə paytaxtın mərkəzinə daxil olan avtomobillərin təxminən 20 faizi mərkəzə istiqamətlənir, qalanları rayonlara, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə gedir…

XƏZƏRDƏ “XƏZƏR” MUZEYİ AÇILDI

  Bu günlərdə Bakının Xəzər rayonun Şağan qəsəbəsində Azərbaycanda ilk Bədii-Etnoqrafik (Etno-Art) “XƏZƏR” Muzey Mərkəzinin rəsmi açılış mərasimi keçirildi.

MİLLİ PULUMUZA TÜPÜRƏN ELMİRA SÜLEYMANOVANIN QARDAŞI NƏVƏSI İMİŞ

Ötən gün bir manatlıq əsginasa tüpürərək, ödəniş terminalına daxil edən gəncin hərəkəti ictimaiyyətdə ciddi rezonans doğurub. Dövlət atributumuza qarşı hörmətsizlik və iyrənc hərəkət edən Gəray İsgəndərli adlı gənc sosial şəbəkələrdə sərt tənqid edilib. Hətta onun məsuliyyətə cəlb olunması üçün çağırış edilib.

“OMİKRON” BİR ADDIMLIĞIMIZDA…

 Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, Türkiyədə altı nəfərdə koronavirusun “omikron” variantına yoluxma halı qeydə alınıb.

“ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI QARA PİAR KAMPANİYASI DAVAM ETMƏKDƏDİR”

“Vətən müharibəsi dövründə qardaş Türkiyə və Azərbaycanın media nümayəndələrinin çiyin-çiyinə, birgə fəaliyyət göstərməsini və mesajlarımızın Türkiyə mediası üzərindən beynəlxalq ictimaiyyətə çatdırılmasını xüsusi vurğulamalıyam. Xüsusilə də, kontent yaradılmasının, foto, video elementlərin canlı şəkildə hazırlanaraq hər iki mediada təqdim olunmasını qeyd etmək istərdim”.

ŞAD XƏBƏR: ƏMƏKHAQLARI VƏ PENSİYALAR ARTACAQ

“Gələn il yanvarın birindən həm dövlət, həm də özəl sektorda çalışan şəxslərin əməkhaqları 20 faizdən az olmayaraq artırılacaq”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Xəzər Xəbər”ə müsahibəsində deyib. O bildirib ki, artıq 2022-ci ilin dövlət büdcəsi zərfi təsdiq olunub. Zərfə daxil olan sənədlərdən biri də minimum əməkhaqqının artırılması ilə bağlıdır. […]

ORDUMUZUN ƏSGƏRİ HƏLAK OLDU

Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Həsənov Nurlan Eldar oğlu dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub.

SAAKAŞVİLİ UKRAYNAYA QAYTARILSA…

Gütcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynaya qaytarılsa, sərhədi qanunsuz keçməyə görə inzibati məsuliyyətə cəlb oluna bilər.

“3+3” FORMATDA MOSKVA GÖRÜŞÜ BAŞA ÇATDI

…Bu gün dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı başa çatıb.

BİR ŞƏKİLDƏKİ QƏHRƏMANLIQ

Şuşa uğrunda döyüşlərdə yaralı dostunu çiyninə alıb, döyüşü davam etdirən şəhid Hüseyn Xəlilovun qəhrəmanlığı Azərbaycan durduqca yaşayacaq 44 günlük döyüş, nəinki Azərbaycan, hətta dünyanın hərb tarixinə yazılacaq bir döyüş oldu. Şuşanın işğaldan azad olunması planı isə, hələ də dünyanın aparıcı dövlətlərinin yüksək çinli ordu məmurlarını maraqlandırır. Yüngül silahla, bıçaq, tapança, qumbara ilə hücuma keçmək və […]

ULU ÖNDƏRİN ANIM GÜNÜNDƏ «QALİBİYYƏT DASTANI»NIN TƏQDİMATI

…Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümünə bir neçə gün qalmış Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və İNK-nin rəhbər üzvləri, həmçinin  ölkənin tanınmış ziyalıları bir araya gələrək Fəxri Xiyabanda ziyarət törəninə imza atdılar. Çoxsaylı ziyarətçilər Ulu Öndərin xatirəsini tər güllər və qərənfillərlə yad edərək məzarını ziyarət etdilər.

SAĞALANLARIN SAYI YOLUXANLARI ÖTDÜ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1109 yeni yoluxma faktı qeydə alınıb 1946 nəfər müalicə olunaraq sağalıb.

ZƏFƏR PARADI- YUNUS OĞUZ YAZIR

Yunus Oğuz Həsrətini çəkdiyimiz, günəşin altında susuz qaldığımıza, şaxtasına, ağrısına-acısına dözməyimizə baxmayaraq yel də gələndə, sel də gələndə çölə çıxıb elə bilirdik sən gəlirdin, Zəfər Paradı.

“AZƏRBAYCAN ERMƏNİSTANA ELƏ BİR DƏRS VERMƏLİDİR Kİ…”

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi törədilən bu təxribatla bağlı Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət […]

TİCARƏT MƏRKƏZLƏRİNDƏ GEYİM DƏYİŞMƏ OTAQLARINDAN İSTİFADƏYƏ İCAZƏ VERİLƏCƏK – BİR ŞƏRTLƏ

Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib. Səhiyyə Nazirliyindən bildirilib ki, dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir. E.ŞİRİNOV

PROKUROR RASİM QULİYEVƏ 6 İL CƏZA İSTƏDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı bildirib ki, R.Quliyevin ittihamlardan təqsiri sübuta yetirilib. Ona görə də o təqsirləndirilən şəxsin 3 il müddətinə vəzifə tutmaqdan məhrum edilməklə 6 il […]

ŞƏHİD AİLƏLƏRİNİN PROBLEMLƏRİNƏ MƏXSUSİ DİQQƏT-FOTO

Prezident İlham Əliyevin bu ilin iyulunda Bakının Xocasən qəsəbəsində şəhid ailələri və Qarabağ qaziləri üçün salınmış yeni yaşayış kompleksində olarkən söylədikləri bu kateqoriyadan olan ailələrə böyük diqqət və qayğının təzahürü idi…

“ALPİNİST” OĞRULARDAN ZƏRƏRÇƏKƏNLƏR İFADƏ VERİB

Zərərçəkənlərin arasında  Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev, Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanov, daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var.

KƏLBƏCƏRDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU

Dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.

AXI NİYƏ DEMOKRAT OLMAQ İSTƏMİRSİNİZ?

Tanınmış araşdırmaçı-jurnalist Elbəyi Həsənli Azərbaycanın siyasi həyatı üçün önəm və ciddi mahiyyət daşıyan bir məsələyə toxunub. Aşağıda təqdim edirik:

PARLAMENTDƏ QARŞIDURMA

Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf partiyasının deputatları ilə Cümhuriyyət Xalq Partiyasının vəkilləri arasında qarşıdurma baş verib.

ŞƏMKİR MƏRKƏZİ XƏSTƏXANANIN BAŞ HƏKİMİ MƏHKƏMƏ QARŞISINDA

rusvet-tele

…Hipokrat andına sadiq qalmayanda sonu həbsxana olur… Budur, Şəmkir rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı aparılmışdır. Baş Prokurorluqdan “Təzadlar”a verilən məlumata görə, aparılmış istintaqla Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş Ayaz İbrahimovun vəzifə […]

OHANYANIN BAŞI DƏRDDƏ…

Ermənistan Baş Prokurorluğu “Hayastan” blokunun deputatı, sabiq müdafiə naziri Seyran Ohanyan və onun həyat yoldaşının əmlakına həbs qoyub.

TOMAS QOLTS ERMƏNİ VƏHŞİLİYİNİ İFŞA ETDİ

Azərbaycan 30 il ərzində işğal altında olan ərazilərini azad edəndən sonra tədqiqatçılar 1988-1994-cü illərdəki münaqişə zamanı itkin düşmüş hesab edilən 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı informasiyalar əldə etməyə çalışırlar.

AZƏRBAYCAN-İRAN SƏRHƏDİNDƏ ATIŞMA: ÖLƏN VAR

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sər­həd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

PROKUROR VÜQAR SƏFƏRLİYƏ 11 İL “İŞ” İSTƏDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

HƏFTƏBECƏR

Müğənni Ayan Babakişiyeva duet ortağı Nadir Qafarzadə ilə olan söz-söhbətə aydınlıq gətirərək, “MTV Azərbaycan”a belə deyib: “Mənim Nadir Qafarzadə ilə sevgili olmağım absurd məsələdir. Səhnədə sevgili ola bilərsən. Sevmək və sevilmək nə vaxtdan pozğunluq simvolu olub ki?” P.S. Rəhmətliyin qızı, camaat nə deyir bəs? Deyir ki, Nadirlə bir-birinizi sevirsiniz dəəə… Sevməsəniz bu şəkildəki kimi belə […]

DÜNYA ÖZÜNÜ İTİRƏNDƏ…

Yaxud: Biz o gün kəkotulu çay içmədik, təəssüf ki… …O cür insanlar tək-tək olur. Tutiya kimi, təbərrik kimi gəlirlər dünyaya. Əldə çıraq gecə-gündüz gəzib-axtarırsan, tapammırsan. Sağlığında bir cür tapılmayanlardan, ölümündən sonra isə heç cür ələ düşməyənlərdən olurlar… Bizim Şahmar müəllim də həmin ələ düşməyənlərdən idi. “Azərbaycan” nəşriyyatının ikinci mərtəbəsində ən axırıncı otaqdaydı oturduğu yer. Özünün yeri […]

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ İNGİLİS DİLİNİN TƏDRİSİNƏ VERİLƏN MÜHÜM TƏLƏBLƏR

Xuraman Babayeva, Nizami rayonu Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi  Məlumdur ki, Azərbaycan dünya birliyi ölkələri ilə ictimai həyatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Buna görə də başqa fəaliyyətlərlə yanaşı, bir və ya iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran kadrların formalaşdırılması müasir məktəbin mühüm vəzifələrindən biri olmalıdır. Hazırkı dövrdə qloballaşma prosesinin və inteqrasiya […]

BAKININ KÜÇƏ VƏ QƏSƏBƏLƏRİNƏ NƏZARƏT EDƏN QURUM VARMI?

Varsa, bəs, onlar nə iş görürlər? Yeni tikinti meydançalarını və onların hesabına daralan küçə və prospektləri görəndə, adamın yadına qədim bir mahnının sözləri düşür: “..həsri basma, dolan gəl”. Bəli, bir-birinə pərçimlənərək tikilən binaların arası ilə addımlamaq, yaxud darısqal giriş qapısına yaxınlaşmaq üçün gərək dolana-dolana gələsən… Küçə və prospektlərdə yolların daraldığını, hətta avtomobillə hərəkət etməyin nə […]

“MÖVLAM ŞIXƏLİYEVƏ QARŞI BÜTÜN İTTİHAMLARI RƏDD EDİRİK, O, GÜNAHSIZDIR!”

Vəkil Arzu Cavadov: “Qəzetinizin obyektivliyinə rəğmən, inanırıq ki, Hüseyn Səfərov və digərləri kimi, bizim də mövqeyimizi dərc edəcəksiniz…” Xəbər verildiyi kimi, artıq bir müddətdir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə istintaqı davam edir. “İttiham Aktı”na görə, ortada […]

“TOFİQ YAQUBLUYA ŞİDDƏT GÖSTƏRƏN ŞƏXSƏ CƏZA KƏSİLƏCƏK…” – TAHİR RZAYEV

“Heç bir insanın döyülməsinin, eyni zamanda vətəndaşların qayda-qanunları pozmasının tərəfdarı deyiləm. Qanunlar pozulduqda başqaları da azğınlaşır və yolundan çıxır. Tofiq Yaqublu bilməliydi ki, insanları küçələrə icazəsiz yığmaq və mitinq keçirmək olmaz. Belə olan halda, həmin şəxs və küçələrə çıxan digərləri barədə mütləq tədbir görülməlidir. Dövlətin müəyyən qayda-qanunlarının olmasına baxmayaraq, Tofiq Yaqublu deyilənlərə əməl etmir”.

BAKIDA KÖNÜLLÜLƏR FORUMU BAŞLADI!- FOTO

  Bakıda 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu” keçirilib. Forumda 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvü iştirak edib.

İRAN PREZİDENTİNDƏN GÖZLƏNİLMƏZ MÖVQE

Prezident İlham Əliyev bu günlərdə Beynəlxalq tədbirdən dərhal sonra İran Prezidenti ilə görüşünün və danışığının nəticəsi olaraq bəyan etdi ki, İranla Azərbaycan arasındakı xoş münasibətlər yüksələn xətlə inkişaf etməkdədir…

DİN AMEA-NIN ŞİKAYƏTİ ƏSASINDA ARAŞDIRMA APARIR

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi faktı ilə bağlı araşdırma aparır.

ZAMANIN ÇAĞIRIŞLARI: YENİLƏŞƏN AZƏRBAYCANIN TƏKMİL İKT SİYASƏTİ VƏ UĞURLU NƏTİCƏLƏR

Rəngarəng yuxular, istəklər, xəyallarla dolu uşaq yaşlarımda mavi səma, geniş asiman, sonsuz ənginliklər daim məni özünə çəkərdi. Gündüzlər aydın, günəşli, gecələr isə ulduzların bərq vurduğu göy üzünə saatlarla tamaşa eləməkdən doymazdım. Gələcək peşə seçimi ilə bağlı tez-tez dəyişən arzularımdan biri də kosmonavt olmaq idi. Sovetlər dönəmində bu sahədə həyata keçirilən layihələrlə maraqlanır, səma fatehlərinin demək […]