Azərbaycan–Venesuela əməkdaşlığı müzakirə olundu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. C.Bayramov Venesuelada […]

“Real” Xabi Alonso ilə yolları ayırdı

Yanvarın 12-də “Real” baş məşqçi Xabi Alonsonun müqaviləsinə xitam verildiyini elan edib. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, klubun ispan məşqçini işdən çıxarmaq qərarına Səudiyyə Ərəbistanında keçirilən İspaniya Super Kuboku finalından İspaniyaya qayıtdıqdan sonra komanda rəhbərliyi ilə apardığı söhbət səbəb olub. Mənbənin məlumatına görə, Alonso “Real”ın ofisində mövcud vəziyyətdən bezdiyini və “Damokl qılıncı altında yaşamağı” sevmədiyini bildirib. […]

Məktəb direktoru piyadanı vurdu

Cəlilabadda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az-ın xəbərinə görə, hadisə rayonun Bədirli kəndində qeydə alınıb. Rayonun Babaxanlı kənd sakini Ziyatay Uruf oğlu Zeynalov idarə etdiyi avtomobillə Bədirli kənd sakini, piyada Xudu Abdulla oğlu Əliyevi vurub. Yaralanan piyada  xəstəxanaya yerləşdirilib. Həkimlər X.Əliyevin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edək ki, Ziyatay Uruf oğlu […]

Kırmızıgüldən tənqidlərə sərt cavab: “Qanuni addım atacağam”

İranda həftələrdir hökumət əleyhinə etirazlar davam edərkən tanınmış müğənni Mahsun Kırmızıgül bu barədə sosial media hesabında paylaşım edib. Tezadlar.az xəbər verir ki, Kırmızıgül paylaşımdan sonra aldığı tənqidlərə sərt cavab verib. Məşhur müğənni ona böhtan atanlara qarşı qanuni tədbirlər görəcəyini açıqlayıb. Kırmızıgül paylaşımında bildirib ki, “Mən İran xalqını sevirəm. Onların qorxu, zülm və yoxsulluqla mübarizə aparmadan […]

53 yaşlı kişi yaşadığı evdə ölü aşkarlanıb

Abşeron rayonunda evdən meyit tapılıb. Tezadlar.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 53 yaşlı Əlövsət Adil oğlu Hüseynovun meyiti yaşadığı evdə aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü bilinmir.  

Kaynarca: “Uzun illərdir narkotiklə mübarizə aparıram”

Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb. Tezadlar.az Türkiyə mediasına istinadla xəbər verir ki, istintaq tədbirləri çərçivəsində saxlanılan tanınmış şəxslər əməliyyatlardan sonra ədliyyəyə gətirilib və Sülh Cəza Hakimliyinə təqdim olunublar. Oktay Kaynarca saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib. […]

Rusiya Ukraynaya yeni kütləvi hücumlara hazırlaşır?

İranda baş qarışmışkən, Rusiyanı yaxın vaxtlarda Ukraynaya yeni kütləvi hücumlara başlaya bilər.Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki,  bu barədə Ukrayna prezidenti Volodimir Zelenski axşam çıxışında bildirib. “Kəşfiyyat məlumatları var: rusiyalılar yeni kütləvi hücuma hazırlaşırlar. Hava hücumundan müdafiə və raketləri zəiflətmək üçün dronlar. Onlar soyuqdan istifadə etmək istəyirlər”, – Zelenski vurğulayıb. Zelenski qeyd edib ki, […]

“Qəzza Məhkəməsi”nin yekun qərarı Ərdoğana təqdim olundu

İslam Əməkdaşlıq Təşkilatı Gənclik Forumu tərəfindən (ICYF) Qəzza zolağında baş verənləri araşdırmaq üçün qurulan qlobal və müstəqil təşəbbüs – “Qəzza Məhkəməsi”nin yekun qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş yanvarın 9-da keçirilsə də, təfərrüatlar bu gün açıqlanıb. Qərarda əsas qabardılan məsələlər Qəzza zolağındakı aclıq və ekosid – […]

Əhməd Əl Şaraa Berlində qəbul olunacaq

Suriya Prezidenti Əhməd Əl Şaraa yanvarın 19-da Almaniyaya rəsmi səfər edəcək. Tezadlar.az-ın məlumatına görə, bunu BILD qəzeti mənbələrə istinadən yazıb. Bu, Suriya liderinin 2024-cü ilin sonunda vəzifəyə başlamasından sonra Almaniyaya ilk rəsmi səfəri olacaq. Görüş ölkənin bərpası üçün maliyyə yardımı məsələlərinə və Berlindən mümkün dəstəyə həsr olunacaq. Daha əvvəl bildirilib ki, Almaniya Kansleri Fridrix Merts […]

Noyabrda beynəlxalq uçuşlara tələbat 7,7 faiz artdı

Ötən ilin noyabr ayında hava nəqliyyatı ilə sərnişin və yük daşımalarına tələbat illik ifadədə müvafiq olaraq 5,7 % və 5,5 % artıb. Tezadlar.az-ın Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən verdiyi xəbərə görə, noyabrda yüklənmə əmsalı (PLF) 83,7 % (2024-cü ilin noyabr ayına nisbətən 0,3 faiz bəndi artıb) təşkil edib. IATA-nın məlumatına görə, beynəlxalq sərnişin daşımalarına tələbat 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,7 %, daşıma […]

HƏMAS-da gizli səsvermə: yeni lider seçiləcək

HƏMAS hərəkatı bu ay ərzində yeni lider seçməyi planlaşdırır. Tezadlar.az-ın məlumatına görə, bunu “Reuters” agentliyinə təşkilatdakı iki mənbə bildirib. Hərəkatın rəhbər postu 2024-cü ildə İsrail Yəhya Sinvarı məhv etdikdən sonra boşdur. Lider postuna əsas namizədlər Xalil əl-Hayya və Xalid Məşal hesab olunur. Hər iki namizəd Sinvarın ölümündən sonra hərəkatı idarə edən beş nəfərlik rəhbər şuraya […]

DİN xəbərdarlıq etdi: Yağışlı havada sürət azaldılıb

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Tramp iranlı etirazçılara çağırış etdi

İranda etirazçılara qarşı zorakılıq dayandırılana qədər ölkə rəsmiləri ilə bütün görüşlər ləğv olunub. Tezadlar.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “İranlı vətənpərvərlər, etrazları davam etdirin – öz müəssisələrinizi ələ keçirin!!! Zorakılıq edənlərin adlarını unudun. Onlar ağır bədəl ödəyəcəklər. Mən etirazçıların mənasız qətlə yetirilməsi dayandırılana qədər bütün görüşləri ləğv etmişəm. Kömək artıq […]

İran gərginliyi: ABŞ regionda 40 mindən çox hərbçini hazırlığa keçirib

ABŞ-nin Yaxın Şərqdəki bazaları İranla əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib. Tezadlar.az xəbər verir ki, bu barədə analitik Maykl Klark “Sky News”a danışıb. “Regiondakı ABŞ bazalarında olan 40 mindən çox hərbçi qarşıdakı həftələrdə baş verə biləcək hücum və cavab tədbirlərinə hazırdır” , – o qeyd edib. Onun sözlərinə görə, ABŞ SEPAH-a qarşı kiberhücum və “Starlink” terminallarının İrana […]

Ukrayna parlamentində Şmıqal üçün səs yetmədi

Ukrayna Ali Radası Denis Şmıqalı baş nazirin birinci müavini, energetika naziri vəzifəsinə təyin edə bilməyib. Tezadlar.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb. Müvafiq 14378 saylı qərar layihəsi üçün bu gün 210 millət vəkili səs verib, qərarın qəbul edilməsi üçün isə ən azı 226 səs lazımdır. Daha əvvəl Ali Rada Şmıqalın 17 iyul 2025-ci ildən […]

ABŞ “Müsəlman qardaşları”nın üç bölməsini terrorçu elan etdi

Donald Tramp administrasiyası “Müsəlman qardaşları” hərəkatının üç Yaxın Şərq bölməsini terrorçu təşkilat kimi tanıyıb, onlara və üzvlərinə qarşı sanksiyalar tətbiq edilib. Tezadlar.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamenti hərəkatın Livan, İordaniya və Misir bölmələrinə qarşı sanksiyaları elan edib və onların ABŞ-yə təhdid təşkil etdiyini bildirib.

Ağdərə rayonunda yeni Xüsusi Əməliyyat Mərkəzi yaradılır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub. Tezadlar.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının […]

“Oskar” tarixində 11 mükafat qazanan 3 əfsanəvi film

“Oskar” kinomükafatının zirvəsində üç lider dayanır: “Ben-Hur” (1959), “Titanik” (1997) və “Üzüklərin hökmdarı: Kralın qayıdışı” (2003). Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, bu möhtəşəm filmlərin hər biri 11 qızıl heykəlcik qazanıb. Bəlkə də Hollivud klassikasını bir az unutmusunuz, amma “Ben-Hur” tamaşaçıları epik səhnələri ilə heyran edib. Təkcə məşhur araba yarışı səhnəsi buna dəyər! Filmin miqyası, […]

Satış üçün narkotik gizlədən şəxs saxlanıldı

Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ondan 22 kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İ.Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış məqsədilə əvvəlcədən təyin […]

SOCAR istehsalat sahələrində təhlükəli işləri məhdudlaşdırdı

Hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Tezadlar.az xəbər verir ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib. Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

71 yaşlı sənətçidən cəsarətli səhnə görünüşü

Türkiyəli müğənni və aktrisa Nükhet Durunun son paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb. Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçinin konserti zamanı çəkilən fotoları izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Paylaşılan görüntülərdə 71 yaşlı ifaçının seçdiyi cəsarətli səhnə geyimi və verdiyi pozalar xüsusi diqqət çəkib. Sözügedən fotolar sosial mediada müxtəlif rəylərlə qarşılanaraq gündəm olub.

Qusarda yol qəzası: iki məktəbli xəstəxanaya yerləşdirildi

Qusarda məktəbliləri avtomobil vurub. Tezadlar.az xəbər verir ki, hərəkətdə olan avtomobil 2 saylı orta məktəbin qarşısında yolu keçmək istəyən iki məktəbli qızı vurub. Hadisə nəticəsində məktəblilər – 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Uşağa müstəqillik nə vaxt etibar edilməlidir?

Hər bir valideyn gec-tez belə bir sualla qarşılaşır: uşağa müstəqillik etibar etmək olarmı? Bu qərar asan deyil və diqqətli yanaşma tələb edir. Psixoloqlar qeyd edirlər ki, çox erkən verilən azadlıq təhlükəli ola bilər, amma həddindən artıq nəzarət uşağın özünəinamını əlindən alır. Qayğı ilə etibar arasındakı balans əsas açardır. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, ilk müstəqil […]

Tramp sözünü tutdu və İrandakı etirazları dəstəkıədi: “Bərk durun, kömək gəlir…”

Nəhayət, göslənildiyi kiki, ABŞ Prezidenti Donald Tramp İran rəsmiləri ilə bütün görüşləri ləğv edib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında yazıb. Sitat:  “İranlı vətənpərvərlər, etirazlara davam edin – qurumları ələ keçirin. Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Onlar bunun hesabını verəcəklər. Mən etirazçıların mənasız şəkildə öldürülməsi […]

23 bıçaq zərbəsi ilə qətl

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə həyat yoldaşının qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və qətlin sifarişini icra etməkdə təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət isinin növbəti məhkəmə prosesində hökm oxunub. Tezadlar.az xəbər verir ki, məhkəmə Əzizə Seyidovanın 17 il, Mehdi Məmmədovun 18 il,6 ay Bəxtiyar Fərzəliyevin […]

Sürpriz etməyi sənətə çevirən bürclər

Bəzi bürclər sürprizləri sevdiklərini sevindirmək üçün bir sənət növünə çeviriblər.  Tezadlar.az-ın məlumatına görə, astrologiya mütəxəssisləri qeyd edirlər ki, bu bürclər kortəbii və yaradıcı təbiətləri sayəsində kiçik jestlərdən tutmuş böyük sürprizlərə qədər hər şeyi planlaşdıra bilirlər. Münasibətlərdə sürprizlər bağları möhkəmləndirən vacib bir davranış kimi seçilir. Bəzi bürclər bu işdə digərlərindən daha həvəsli və bacarıqlıdırlar. Şir: dəbdəbəli […]

Россия требует от Польши не выдавать Украине расхитителя артефактов в Крыму

Россия вызвала посла Польши Кшиштофа Краевского, чтобы выразить протест из-за задержания российского археолога Александра Бутягина и предостеречь от его выдачи Украине. Как сообщает tezadlar.az со ссылкой “Европейская правда”, Польша задержала Бутягина, которого Украина обвиняет в незаконных раскопках и хищении исторических артефактов в Крыму, в прошлом месяце. В МИД РФ заявили, что указали послу Краевскому на “абсурдный характер” обвинений, высказанных […]

Beyləqanda yeniyetməyə qarşı seksual hərəkət: həbs edilənlər var!

Beyləqanda 15 yaşlı yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli qismində saxlanılan şəxslər barəsində qərar verilib. Tezadlar.az xəbər verir ki, bununla bağlı təqdimata Beyləqan Rayon Məhkəməsində baxılıb. Qərara əsasən, təqdimat təmin edilib, Hikmət Əkbərli, İkram Süleymanlı, Həzi Sadıqov, Xəyal Qəhrəmanov, Elgün Aslanlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Beyləqan […]

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub. Tezadlar.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına Ağdərənin Baş planı barədə məlumat verdi. Bildirildi ki, Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 […]

Rəfael Allahverdiyevin Rəna Saakyandan olan qızı Leyla ilə birlikdə fotoşəkli tapıldı-“Təzadlar”da!

Bak şəhərinin sabiq meri Rəfael Allahverdiyevin Rəna Saakyan(sonradan Axundova) adlı qadından doğulmuş qızı Leyla Allahverdiyeva haqqında uzun müddətdir mediada müəmmalı şərhlər, məqalələr verilir… Bəziləri yazır ki, guya Leyla R.Allahverdiyevin deyil, başqa şəxsən qızı olub, sənədləri saxtalaşdırılıb və s. Bu yazılarda həqiqətə az oxşarlıq da var, təsdiqlər də. Lakin “Təzadlar”ın apardığı araşdırma başqa bir sensasion faktı […]

Maya Sandu Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarıdır -VİDEO

Moldovannın ilk qadın prezidenti Maya Sandu, bu məsələ ilə bağlı referendum keçiriləcəyi təqdirdə ölkəsinin Avropa Birliyi və NATO üzvü olan Rumıniya ilə birləşməsinə səs verəcəyini bildirib. Tezadlar.az xəbər verir ki, o, bu açıqlamanı 11 yanvarda yayımlanan Britaniya podkastı The Rest is Politics-ə verdiyi müsahibədə verib. “Əgər referendum olsaydı, Rumıniyaya qoşulmağa səs verərdim… Moldova ətrafında baş verənlərə […]

Moldova Rumıniya ilə birləşir?- PREZİDENT DƏSTƏKLƏDİ

Deyəsən, dünya indi də birləşməyə doğru gedir… Tezadlar.az xatırladır ki, Moldovanın prezidenti Maya Sandu ölkəsinin Rumıniya ilə birləşməsi ideyasını dəstəklədiyini açıqlayıb. O, bu barədə “The Rest Is Politics” agentliyinə müsahibəsi zamanı qeyd edib. Maya Sandu bildirib ki, bu məsələ ilə bağlı referendum keçiriləcəyi təqdirdə, Rumıniya ilə birləşmənin lehinə səs verəcək.  Prezidentin sözlərinə görə, Moldovanın müstəqil […]

Prezident “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub. Tezadlar.az  Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azerbaijan International Mining Company Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Rza Vəziri dövlətimizin başçısına kompleks barədə məlumat verdilər. Bildirildi ki, kompleksə mis […]

Azərbaycan müdafiə sənayesi məhsullarının illik ixracatını 1 milyard dollara çatdırmağı hədəfləyir

Prezident İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycanda müdafiə sənayesi qeyri-neft sektorunun aparıcı sahələrdən birinə çevrilməkdədir. Tezadlar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında bildirib. “2025-ci ildə Azərbaycanda 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal edib və 20 ölkəyə ixrac reallaşıb. Bu, o deməkdir ki, müdafiə […]

Rusiya qızğız məhbusların ölkələrinə köçürülməsinə etiraz edib

Rusiya həbsxanalarında cəza çəkən 144 Qırğızıstan vətəndaşının öz ölkələrinə köçürülməsinə yox cavabı verib. Tezadlar.az  24.kg-e istinadən xəbər verir ki, QR Baş prokurorunun müavini Umutkan Konkubayeva bu barədə parlamentin məhkəmə-hüquq məsələləri, hüquq-mühafizə, cinayətkarlığa qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə komitəsinin iclasında bildirib. Qeyd edilib ki, Rusiya həbsxanalarında 1200-dən çox Qırğızıstan vətəndaşı cəza çəkir. Prokurorun sözlərinə görə, […]

İrandakı etirazlarda 2000-ə qədər insan ölüb!

Son günlər İranda baş verən etirazlarda ölənlərin sayı 2000-ə yaxındır. Tezadlar.az xəbər verir ki, bu barədə anonim iranlı rəsmi “Reuters“ə danışıb. Bildirilib ki, sözügedən rəqəmə həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri daxildir. Mənbə qeyd edib ki, ölüm hallarının arxasında “terrorçular” dayanır. Qeyd edək ki, İranda etiraz aksiyalarında 10 000-dən çox insan həbs olunub. Bəs Tramp nəyi […]

TƏBRİK EDİRƏM, NADEJDA XANIM…

…Onunla ilk və sonuncu dəfə 19 noyabr 1991-ci ildə məlum vertalyot qəzsında şəhid olan mərhum Vəli Məmmədova həsr etdiyimiz “Millətin Vəlisi” sənədli filminin çəkilişi zamanı görüşüb həmsöhbət olmuşuq. Əsilzadələrə xas olan rəftarı ilə seçilirdi. Kübar xanımlara xas olan mədəni danışıq tərzi, xoş davranışı məndə bu şəxsiyyətə hörmət yaratmışdı… Deyir ki:- “O vaxt Nizami Xudiyev televiziyaya […]

Könül Kərimova Nazilə Səfərlini mahnıya görə “qara siyahı”ya atıbmış: “Düz etmişəm”

Azərbaycanın Əməkdar artisti Könül Kərimova Nazilə Səfərlinin ümvanına sərt sözlər deyib.  Tezadlar.az  xəbər verir ki, qalmaqala səbəb N.Səfərlinin sözlərini yazdığı mahnını K.Kərimovanın oxumasına qadağa qoymasıdır. Nazilə Səfərlinin “Könül Kərimovanın haqqı yoxdur ki, mənim yazdığım sözləri ürəyi istəyənə yaysın. Həmin mahnını sildirdim. Söz mənimdir, istəmirəm. Get başqa mahnı oxu” sözlərinə Kərimova “Rəngarəng” proqramında cavab verib. “Belə xoşagəlməz […]

Prezident Ağdərənin Aşağı Oratağ kəndində-FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub. Tezadlar.az  xəbər verir ki, dövlətimizin başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verildi. Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil […]

“OBA” marketlər şəbəkəsi beynəlxalq mükafatla təltif olunub

“OBA” marketlər şəbəkəsində tətbiq olunan SAP SuccessFactors layihəsi 24 ölkə arasından seçilərək “Biznes Transformasiyası” nominasiyasında beynəlxalq mükafatla təltif olunub. Tezadlar.az  xəbər verir ki, mükafat çərçivəsində şirkətlərdə insan resursları funksiyalarının rəqəmsallaşdırılması, proseslərin optimallaşdırılması və əməkdaş təcrübəsinin yaxşılaşdırılması üzrə həyata keçirilən təşəbbüslər qiymətləndirilib. OBA-da SAP SuccessFactors layihəsi işə qəbul, performans, təlim və inkişaf kimi əsas HR proseslərini […]

Minlərlə sürücülük vəsiqəsi sosial şəbəkədə paylaşılıb – ETX təhlükə barədə xəbərdarlıq edir

Elektron Təhlükəsizlik Xidmətinin apardığı monitorinqlər nəticəsində instaqramda sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib. Xidmətdən Tezadlar.az -a bildirilib ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi […]

Xəzər Universiteti üçün 2026-cı il uğurlu başladı

Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli 2026-cı il yanvarın 6-8-i tarixlərində qardaş Türkiyənin bir çox universitetlərində işgüzar görüşlər keçiriblər 2026-cı il başlayar, başlamaz Azərbaycanda və Avropada yaxşı tanınan Xəzər universitetinin rəhbərliyi Türkiyə universitetləri tərəfindən işgüzar səfərə dəvət olunub. İlk görüş yanvarın […]

Prezident İlham Əliyev “Qozlukörpü” SES-in açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib. Tezadlar.az   Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən su elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı […]

İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd […]

Prezident Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonrakı açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Tezadlar.az  Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin zavodun həyətində ucaldılmış büstü önünə gül dəstəsi qoydu. Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına müəssisədə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, zavod 1976-cı […]

Mask insanları başqa planetlərə göndərmək istəyir

Milyarder bildirib ki, komandası “Star Trek”i sadəcə fantaziya deyil, gerçəkləşdirmək istəyir Amerikalı milyarder, Tesla və SpaceX şirkətlərinin sahibi Elon Mask sürpriz bir açıqlama verib. Tezadlar.az xəbər verir ki, “Clash Report”-a görə, o, “Star Trek”i gerçəkləşdirmək istədiyini açıqlayıb. “Biz “Star Trek”i gerçəkləşdirmək istəyirik. Biz “Star Fleet Academy”ni gerçəkləşdirmək istəyirik, ona görə də bu, həmişə elmi fantastika […]

Professor İlham Rəhimovu dünyanın tanınmış hüquqşünasları təbrik etdilər!

Azərbaycanın tanınmış hüquqşünası, professor, xeyriyyəçi iş adamı İlham Rəhimovun 75 illik yubileyi münasibətilə dünyanın müxtəlif ölkələrindən nüfuzlu hüquq alimləri və tanınmış hüquqşünaslar ona ünvanlanan ortaq təbrik məktubu hazırlayıblar. Tezadlar.az xəbər verir ki, beynəlxalq hüquq ictimaiyyətində böyük hörmət qazanan professor İlham Rəhimovun elmi fəaliyyəti, hüquq elminin inkişafına verdiyi töhfələr və ictimai mövqeyi bu məktubda xüsusi vurğulanır. Həmin […]

Merts AB-nin İrana qarşı yeni sanksiyalar üzərində işlədiyini açıqladı

Almaniya kansleri Fridrix Merts ölkədəki etirazlar səbəbindən Avropa Birliyinin İrana qarşı yeni sanksiyalar üzərində işlədiyini açıqlayıb. Tezadlar.az xəbər verir ki, Almaniyanın baş naziri X-ə göndərdiyi məktubda yazıb: “Biz İran rəhbərliyini əhalisini təhdid etməməyə, qorumağa çağırırıq”. O, zorakılığın dərhal dayandırılmalı olduğunu qeyd edib. “Bunu vurğulamaq üçün biz AB-nin yeni sanksiyaları üzərində işləyirik”, kansler əlavə edib. 29 […]

Kiyev və 7 bölgə elektriksiz qalıb: Energetika Nazirliyi Rusiyanın gecə hücumunun nəticələrini açıqlayıb

Əlverişsiz hava şəraiti səbəbindən Çerniqov və Zakarpatye bölgələrindəki 17 yaşayış məntəqəsi elektriksiz qalıb Gecə ərzində Rusiya Ukraynanın bir neçə bölgəsinin enerji infrastrukturuna daha bir kütləvi raket və pilotsuz təyyarə hücumu həyata keçirib. Atəş nəticəsində Kiyev və Ukraynanın yeddi bölgəsindəki istehlakçılar səhərə qədər elektriksiz qalıb. Tezadlar.az bildirir ki, energetika nazirinin müavini Aleksandr Vyazovçenkonun brifinqdə verdiyi məlumata […]

Məmməd Arazlı xatirələr: “Ömürdən yarpaqlar”-GÜLXANIM FƏTƏLİQIZI

Ustad şair Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızı 2021-ci il iyulun 22-dən 23-nə kecən gecə dünyasını dəyişib… Əslində, o, uzun illər xəstəlikdən əziyyət çəkən Məmməd Araza həyat yoldaşı yox, həm də həkimi, dostu və sirdaşı olmuşdur… Elə bu dostluq-mehribanlıqdan doğan “Ömürdən yarpaqlar” kitabı da Gülxanım xanımın Məmmədsevərlərə bir hədiyyəsi-yadigarı idi… Kitab xanımın vəfatından, səhv etmirəmsə,  […]

Nazirlik QHT-lərə müraciət etdi

Azərbaycandakı qeyri-hökumət təşkilatları (QHT-lər) aprelin 1-nə qədər illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim etməlidir. Tezadlar.az xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilib. Hesabatların forması və təqdim olunma qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və nazirliyin internet səhifəsində yerləşdirilib. Hesabatların alınması “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsilə […]

Bu il Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yadda qalacaq – SİYAHI

Bildiyimiz kimi keçən ilin sentyabr aylarında Azərbaycan 9-cu dəfə “Formula 1” Azərbaycan Qran Prisinə ev sahibliyi etmişdir. 2026-cı il Azərbaycan üçün idman baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, Azərbaycan onuncu dəfə “Formula 1” Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. Bu mərhələ 24–26 sentyabr tarixlərinə planlaşdırılıb.  Ümumiyyətlə, Azərbaycan 2026-cı ildə siyasi, iqtisadi, ekoloji və idman sahələrini […]

Dünyanın 20 ən varlısının ümumi sərvəti əksər ölkələrin ÜDM-dən çoxdur – İNFOQRAFİKA

Bu sərvətlər 2020-ci ildən bəri heyrətamiz dərəcədə artıb Tezadlar.az  xəbər verir ki,  Naked-Science- ə istinadən xəbər verir ki, dünyanın ən varlı iyirmi nəfərinin ümumi sərvəti – təxminən 3,8 trilyon dollar – əksər ölkələrin ümumi daxili məhsulundan (ÜDM) çoxdur. Bundan əlavə, bu sərvətlər 2020-ci ildən bəri heyrətamiz dərəcədə artıb. O vaxtlar Jeff Bezos 145 milyard dollarlıq […]

Ölkəmizdə tarixi, mədəniyyət abidələrinin adları bərpa edildi -SİYAHI

Azərbaycan ərazilərində yetərincə tarixi abidələr var. “Təzadlar” xəbər verir ki, Baş nazir Əli Hidayət oğlu Əsədov “Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” qərar imzalayıb. Qəbul edilmiş yeni qərarla “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsində Cuğa sözü Gülüstan ilə əvəz edilib. Xocavənd […]

Putinin “böyük dövlət layihəsi” bir dövrün sonu ilə üzləşir – “Politico”

Analitiklər deyirlər ki, Putinin layihəsi çökür: müttəfiqlər dağılır və Ukraynadakı müharibə 1418 gündən çox davam edib Rusiya prezidenti Vladimir Putin həm Ukrayna cəbhəsində, həm də beynəlxalq səviyyədə ciddi problemlərlə üzləşir. Onun “bunu yenidən etmək” – ordunu qərbə göndərmək və Sovet üslubunda qələbə qazanmaq vədi indiyə qədər yalnız qismən yerinə yetirilib. Tezadlar.az xəbər verir ki, bu […]

Raquf Orucov: igidliyi haqqında əfsanələr dolaşan komandir!

…Raquf İbrahim oğlu Orucov Ağdamda dünyaya göz açdı, amma Azərbaycana doğuldu! Onun döyüş səngərində əsgərləri-döyüşçüləri ilə birlikdə olması hərbçi ruhunu səngərdə Vətən boyda etmişdi… Ona görə də onu hamı komandir kimi yox, döyüşçü kimi tanıyırdı! Qısa arayışla Raquf Orucovla bağlı vikipediyadakı məlumatlara diqqət kəsilək:  -Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların […]

Kadırov ölür? – “The Times” bundan sonra nə baş verəcəyini açıqlayır

O, sonuncu dəfə bir həftədən çox əvvəl arıq və əsa ilə gəzərkən görünüb Çeçenistanın Kremlyönlü lideri Ramzan Kadırovun vəziyyəti ağırdır və bu da Moskvanı qeyri-sabit Rusiya respublikasında hakimiyyətin rahat şəkildə ələ keçirilməsini təmin etmək üçün bütün səylərini göstərməyə məcbur edir. Tezadlar.az bildirir ki, bu barədə “The Times” qəzeti məlumat verir. Qeyd olunur ki, özünü prezident […]

Taqqıltı…

Axşamdı. Narahatlıqla saata baxıram. Vaxta az qalıb, bir azdan başlayacaqlar… Tez yatmaq lazımdır. Yatağa uzanıb yuxuya getməyə çalışıram. Səs gəlir. Saata baxıram – 24.00-dır. Gözlərimi açmaq, pəncərədən bu mənzərəyə baxmaq istəmirəm. Amma səs o qədər güclüdür ki… inanılmaz. Ağır təkərlərin yerlə təması və bu sürtünmədən yaranan uğultu beyninə soxulur. Qəribə hiss yaşayırsan – sanki küçədən […]

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində 2026-cı ildə yubileyləri olan alim, şair və yazıçılara həsr olunmuş kitab sərgiləri təşkil olundu. Kitab sərgilərində oxuculara yubilyarların ən məşhur əsərləri, onların həyat və yaradıcılığına həsr olunmuş əsərlər və tədqiqat işləri təqdim edilir. Sərgilərdə yubilyarların Azərbaycan Respublikası […]

Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb

“Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində III yeni “Bənövşəyi” xətt üzrə aşkar edilən bir sıra maliyyə və smeta pozuntuları bu günə qədər aradan qaldırılmayıb. Tezadlar.az bildirir ki, bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir. Audit materiallarına əsasən, “Bənövşəyi” xəttə daxil olan “Xocəsən” […]

“Bəlkə də Ulu Öndər 1978-ci ildə bilirdi ki, nə vaxtsa SSRİ dağılacaq və Azərbaycan öz müstəqilliyinə qovuşacaq”

Hələ 1978-ci ildə Azərbaaycan SSR-nin Konstitusiyası qəbul olunarkən orada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması azərbaycançılıq ideologiyasına ən vacib töhfələrdən biri idi. Bu sözləri YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev yanvarın 12-də Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İB-nin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutan “Uğurlarımızla 2026-ya” […]

Qərb mediası Pentaqonun İrana zərbə endirməyə hazırlaşdığından şübhələnir

ABŞ Dövlət Departamenti bütün vətəndaşlarını İranı tərk etməyə çağırıb və Pentaqon yaxınlığında pizza sifarişləri kəskin şəkildə artıb Qərb mətbuatı ABŞ Hərbi Nazirliyinin İrana zərbə endirməyə hazırlaşdığını bildirmək üçün bir-biri ilə rəqabət aparır. “Uçan Qalalar” kimi tanınan B-52 qitələrarası strateji bombardmançı təyyarələrinin bir gecədə havaya qalxdığı qeydə alınıb. Tezadlar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti rəsmi […]

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər – “Politico”

Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas ölkədəki etirazların qəddarcasına yatırılması səbəbindən İrana qarşı əlavə sanksiyalar təklif etməyə hazır olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, “Politico”-nun məlumatına görə, Avropa Birliyinin baş diplomatı Kaja Kallas bildirib ki, yüzlərlə insanın ölümünə səbəb ola biləcək hökumət əleyhinə etirazların qəddarcasına yatırılmasından sonra Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq […]

Ağ Ev ABŞ-ın Qrenlandiyanı əldə etmək istəyini izah etdi

ABŞ prezidenti Donald Tramp Rusiyanın və ya Çinin adaya iddia edə biləcəyindən qorxaraq Qrenlandiyanı Amerika ərazisi etmək niyyətindədir. Tezadlar.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt məlumat verib. “O, (Tramp) ABŞ-ın Qrenlandiyanı əldə etmək istədiyini bildirdi, çünki o, hiss edir ki, əgər biz bunu etməsək, nəticədə Çin və ya Rusiya tərəfindən düşmənçilik […]

ABŞ Konqresində Qrenlandiyanın ilhaq edilməsi ilə bağlı qanun layihəsi təqdim edilib

12 yanvarda Respublikaçı Nümayəndələr Palatasının üzvü Rendi Fayn ABŞ Konqresində Qrenlandiyanın ABŞ-a ilhaq edilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qrenlandiya uzun illərdir Danimarka krallığının bir hissəsidir. Lakin ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, ada milli təhlükəsizlik üçün strateji əhəmiyyətini əsas gətirərək ABŞ-ın bir […]

Amerika xeyli sayda şəxsin vizasını ləğv edib

Bunlara tələbələrə verilən vizalar və ABŞ-da qanunla qarşılaşan xarici vətəndaşların sahib olduğu vizalar daxildir. Tezadlar.az  xəbər verir ki, Dövlət Departamenti X sosial media platformasında dərc olunmuş açıqlamada bildirib: “Dövlət Departamenti hazırda 100.000-dən çox vizanı, o cümlədən təxminən 8.000 tələbə vizasını və cinayətkar fəaliyyətinə görə ABŞ hüquq-mühafizə orqanları ilə qarşılaşan şəxslər üçün 2.500 xüsusi vizanı ləğv […]

Rusiya Sandunun Moldovanı ləğv etmək istəyini təriflədi

Moldova prezidenti Maya Sandunun ölkəsini Rumıniyaya birləşdirməklə ləğv etmək istədiyi barədə dedikləri Moldovanın suverenliyinə qarşı bir şillədir. Tezadlar.az xəbər verir ki, politoloq Vladimir Bukarski “RİA Novosti”-yə verdiyi müsahibədə onun sözlərini qiymətləndirib. “Öz ölkəsini ləğv etməyi xəyal edən prezident nə islahatçı, nə də demokrat, ləğv prosesində olan müvəqqəti administratordur. Sandunun açıqlaması xarici dövlətə birbaşa sədaqət andıdır. […]

Tramp İrana qarşı istənilən hərəkətə icazə verir

Trampın İrana qarşı bir çox variantı var, o cümlədən hava hücumları ABŞ prezidenti Donald Tramp İrana qarşı istənilən hərəkətə, o cümlədən hava hücumlarına icazə verir. Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Livitt dünən bildirib. “Prezident Trampın çox yaxşı bacardığı bir şey, bütün variantları həmişə masada saxlamaqdır. Hava hücumları isə Baş Komandanın […]

Qaribaşvilinin 6,5 milyon dolları, 1 milyon larisi və iki avtomobili müsadirə edilir

Dünəndən sabiq baş nazir İrakli Qaribaşviliyə qarşı irəli sürülmüş ittihamın formulu dəyişdirilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şaqulaşvili məlumat verib. Vəkilin sözlərinə görə, prokurorluq müdafiə tərəfinin təqdim etdiyi sübutların bir hissəsini qəbul edib və nəticədə Qaribaşviliyə qarşı zavodla bağlı ittiham ləğv edilib. Hazırda ona yalnız Cinayət Məcəlləsinin 194-cü […]

İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq olundu- YENİ

İran da daxil, bu ölkə ilə əməkdaşlıq edən dövlətlər yeni sanksiyalarla üzləşib. Tezadlar.az xatırladır ki, ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq olunacağını bəyan edib və Tramp bu barədə “Truth Social” hesabında yazıb. “İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ-la həyata keçirilən bütün növ […]

ABŞ vətəndaşları İranı kütləvi tərk etməyə başladı

Artıq bir neçə gündür İranda etiraz aksiyaları genişlənməkdə davam edir, ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilir. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində yollar bağlanır, ictimai nəqliyyatın fəaliyyəti pozulub, internetə çıxışda genişmiqyaslı məhdudiyyətlər tətbiq olunur. Qeyd olunur ki, aviaşirkətlər İrana və İrandan uçuşları […]

Tramp İrana hava zərbəsinin üsullarını fikirləşir- RƏSMi

“ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün bütün variantları, o cümlədən hava zərbələrini nəzərdən keçirir”. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında bildirib. Sitat: “Düşünürəm ki, Prezident Trampın çox yaxşı bacardığı məqamlardan biri bütün variantları daim masada saxlamaqdır. Hava zərbələri Ali baş komandanın ixtiyarında olan […]

Xudadat Bəy Rəfibəyli -148- Başı papaqlılarımız…

…Xudadat bəy həbs olunur. Evi axarışa verilir. Axtarışa rəhbərlik edən Əliheydər Qarayev Cəvahir xanıma onunla evlənərsə Xudadat bəyin güllələnməsini sürgünlə dəyişə biləcəyini deyir. Cavab şillə kimi gəlir: ” Mən atın yerinə eşşək bağlamaram !” Bu bizik?! Bu gün Cümhuriyyət Qurucularından biri olaraq ikinci hökumət kabinetində səhiyyə naziri və Gəncə General Qubernatoru vəzifələrini tutan Xudadat bəy […]

Makron İran etirazçılarını dəstəkləyir

Fransa prezidenti Emmanuel Makron İran hakimiyyətinin hərəkətlərini pisləyib və etirazçıları dəstəkləyib. Tezadlar.az xəbər verir ki, o, bu barədə sosial media səhifəsində bəyanat yayıb. “Hüquqlarına hörmət tələb edən cəsarətli iranlı qadınlara və iranlılara kor-koranə hücum edən dövlət zorakılığını qınayıram”, – yazıda deyilir. O, əlavə edib ki, “fundamental azadlıqlara hörmət” tələb edən kütləvi etirazçıları dəstəkləyir. Bir müddət […]

Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək- SABAH

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Bu barədə tezadlar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava […]

“Kapital bank” sürücü axtarır

Kapital Bank İnzibati idarəetmə departamentinin Nəqliyyat şöbəsinin sürücüsü Son tarix 12 fev 2026 – Müraciət et Tələblər Yol qaydalarını, nəqliyyat vasitələrinin texniki parametrlərini bilməli, praktiki təcrübəyə malik olmalıdır; Diqqətli, məsuliyyətli, təmkinli olmalıdır; Vətəndaş qüsursuzluğuna malik olma; Azı 5 il yük nəqliyyat vasitəsi üzrə ( mikroavtobus) sürücülük təcrübəsi olmalıdır; B,C kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır; Azərbaycan və Rus […]

İşçi axtarılır: əmək haqqı 1500- 3000 manat arası

Camal LTD Regionlar üzrə satış müdiri Son tarix 12 fev 2026 – hr@iceland.az Tələblər: Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi; Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması; İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi; Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq; Stressə davamlı Yaş həddi 35 – 55 yaş arası. Şəxsi […]

2025-ci ildə əvvəlki ildən 70 % çox qənnadı məhsulu ixrac edilib

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan 59,2 milyon dollar dəyərində 82 min tondan çox şəkər və şəkərdən hazırlanmış qənnadı məmulatları ixrac edilib. Tezadlar.az  Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 60,5 faiz, həcmi isə 71,3 faiz artıb. Ötən ilin 11 ayında bu məhsul kateqoriyasının ümumi ixracda xüsusi […]

Ət məhsulları, süd məhsulları, tərəvəz, meyvə, meyvə və tərəvəz şirəsinin… gömrük rüsumları qüvvədə qaldı

Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadılıb. Tezadlar.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Qərara əsasən, bir sıra məhsullar üzrə qüvvədə olan idxal gömrük rüsumlarının dərəcələrinin 2025-ci ildə bitməsinə görə (bəzi malların idxal gömrük rüsumundan azadolmalar, bəzi məhsullar üzrə isə spesifik idxal və ixrac gömrük […]

Hüseyn İsmayılova qarşı ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb

Yanvarın 12-də Şəki rayonu ərazisində Sətdar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Tezadlar.az –a prokurorluqdan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Hüseyn İsmayılovun yanvarın 10-da Sətdar Nəbiyevi sifət nahiyəsindən əli ilə vurması nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən 2 gün sonra xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla […]

AYB ÜZVLÜK HAQQINI VERMƏYƏN BU ŞƏXSLƏRLƏ VİDALAŞIR- TAM SİYAHI

Azərbaycan Yazıçılar Birliyi (AYB) onun sıralarında təmsil olunan, lakin illik 15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılarla vidalaşmaq barədə qərar verib. Qurumun Nizamnaməsində də belə yazılıb. Tezadlar.az AYB-dən göndərilən həmin siyahısını təqdim edir: Abbas Qədir oğlu Seyidov Abdulla Suvar (Suvar İnayət oğlu İbadov) Abdulla Şahmir (Abdulla Abdulhəmid oğlu Şahmirov) Abdulla Həmid oğlu Cəfərov Abduləziz […]

Ermənistan Solovyova görə Rusiyaya niyə nota verdi?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Tezadlar.az “Novosti Armeniya”ya istinadla  xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub. XİN-in məlumatına görə, dövlət telekanalının proqramının efirində verilən bəyanatların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz təcavüz, düşmənçilik təzahürü olduğu və […]

Yeni su sayğacları quraşdırılacaq

Azərbaycanda 110 min su sayğacı dəyişdiriləcək. Tezadlar.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Belə ki, 2026−2030-cu illərdə layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, 20 min […]

Britaniya, Fransa, İtaliya və Almaniya səfirləri etirazlarla əlaqədar İran XİN-ə çağırılıb

Britaniya, Fransa, İtaliya və Almaniyanın Tehrandakı səfirləri ölkədə baş verən etirazlarla bağlı İran Xarici İşlər Nazirliyinə çağırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, səfirlər etirazçıların zorakı hərəkətlərini əks etdirən videomateriallarla şəxsən tanış olmaq üçün Xarici İşlər Nazirliyinə dəvət olunublar. İranda isə gərginlik davam edir. Ölkədə 3 günlük matəm elan olunub. […]

Geomaqnit qasırğası bir həftə davam edəcək

12-18 yanvarda geomaqnit qasırğası olacaq. Tezadlar.az   xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, proqnoz günlərində C sinif alışmanın baş verməsi ehtimalı 65%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir. […]

Kərim Abasov bəxtəvər günlərindən danışıb: “Banka ilə qara kürü olurdu”

Müğənni Kərim Abasov 1980-ci illərlə indiki dövrün gənclərini müqayisə edib. Tezadlar.az  xəbər verir ki, sənətçi “Günə bax” proqramında o vaxtlar sağlam qidalar olduğunu bildirib: “1980-ci illərdə biz yaxşı böyümüşük. Keyfiyyətli yemişik. Kərə yağının əslini, ətin yaxşısını, qara kürü yemişik. İndi qara kürünün kiloqramı 2 mindən çoxdur, yeyə bilmirlər. Gənclər görmüyüb. Bizim evdə soyuducunu açanda banka […]

Keçmiş prezident müxbir müsahibə üçün zəng etdikdən sonra telefon nömrəsini dəyişdirib

“New York Times” (NYT) müxbiri Tayler Peycer bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden müsahibə üçün onunla əlaqə saxlamağa çalışdıqdan sonra telefon nömrəsini dəyişib. Tezadlar.az xəbər verir ki, Peycer ABŞ prezidenti Donald Trampla müsahibə zamanı deyib: “Mən ona (Baydenə – RED.) zəng etdim, o da nömrəsini dəyişdi”. Tramp da öz növbəsində müxbirə bildirib ki, sələfindən […]

YAP Yasamal Rayon Təşkilatında “UĞURLARIMIZLA 2026-YA” Milli Mükafatı təqdim edildi – FOTOLAR

Yanvarın 12-də YAP Yasamal Rayon Təşkilatında Azərbaycan mədəniyyətinin inkişafına və yaradıcı gənclərin dəstəyinə həsr olunmuş “Uğurlarımızla 2026-ya” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Tezadlar.az  xəbər verir ki,  tədbir Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutub. Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə […]

Təhdid imperiyası: Moskva niyə hamını hədələyir?

…Rusiya mediasında Kremlə yaxın fiqurların dili artıq çoxdan şərh və təhlil çərçivəsindən çıxıb. Bu dil bu gün açıq şəkildə təhdid, işğal çağırışı və siyasi zorakılığın legitimləşdirilməsi funksiyası daşıyır. Bu ritorikanın ən ardıcıl və ən radikal simalarından biri Vladimir Solovyovdur. Solovyov təkcə Ukraynaya qarşı müharibəni müdafiə etməklə kifayətlənməyib. O, dəfələrlə bəyan edib ki, Rusiya özünü təhlükə […]

Trampın İran strategiyası izah edildi

ABŞ prezidenti Donald Tramp İranda rejim dəyişikliyini hədəfləyir. Tezadlar.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin elmi işçisi və Dövlət Humanitar Elmlər Universitetinin (GAUGN) Şərqşünaslıq fakültəsinin dekan müavini Qriqori Lukyanov lenta.ru-ya verdiyi şərhdə bildirib. Şərqşünasın sözlərinə görə, Tramp administrasiyası İranı öz təhlükəsizliyi üçün əsas təhdid kimi görən İsrail […]

“Təzadlar”ın əməkdaşı “Uğurlarımızla 2026-ya” Mükafatına layiq görüldü

Azərbaycan mədəniyyətinin inkişafına və yaradıcı gənclərin dəstəyinə həsr olunmuş “Uğurlarımızla 2026-ya” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbir Beynəlxalq Qalereya və “Abşeron Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin birgə təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının dəstəyi ilə baş tutub. Mərasimdə 2025-ci il ərzində yüksək yaradıcılıq nailiyyətləri ilə seçilən istedadlı rəssamlar, mədəniyyət sahəsində fərqlənən şəxslər və mədəni […]

Ramzan Kadırovun səhhəti pisləşib və…

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, Kadırov böyrək çatışmazlığı səbəbindən dializ müalicəsi alır. Məlumatda iddia olunur ki, xəbərin mənbəyi Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələridir. Bildirilir ki, Ramzan Kadırov hazırda Çeçenistanda, özünə məxsus xəstəxanada müalicə olunur və həkimlər […]

Ukrayna Almaniyanın yeni piyada döyüş maşınlarını alacaq: çatdırılma vaxtı açıqlandı

Müqavilə 2025-ci ilin dekabr ayında imzalanıb və Almaniya hökuməti birinci mərhələnin maliyyələşdirilməsini tam şəkildə ödəyib, bu məbləğ on milyonlarla avro təşkil edib. Tezadlar.az xəbər verir ki, şirkətin rəsmi veb saytına görə, Almaniyanın müdafiə nəhəngi Rheinmetall Almaniya Müdafiə Qüvvələrinə ən son Lynx KF41 piyada döyüş maşınlarının tədarükünün başlandığını rəsmi olaraq təsdiqləyib. Ukraynanın ilk maşınları 2026-cı ilin […]

İrakli Qaribaşvili həbs olundu-TƏCİLİ

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbs edilib. Tezadlar.az 24News.ge-yə istinadla  xəbər verir ki, Gürcüstan Prokurorluğu İrakli Qaribaşvili ilə prosessual saziş bağlayıb. Prokurorluğun məlumatında deyilir: “Sazişə əsasən, keçmiş Baş nazirə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulan cinayətə görə cəza növü və ölçüsü kimi 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib. Həmçinin, əlavə cəza […]

Tramp Şimali Atlantika Alyansını xilas etdiyini iddia edir

ABŞ prezidenti Donald Tramp TruthSocial sosial media platformasında özünü Şimali Atlantika Alyansını xilas edən hesab etdiyini yazıb. “NATO-nu xilas edən mənəm!!!” deyə bəyan edib. Tezadlar.az xəbər verir ki, əvvəllər Amerika lideri ölkəyə rəhbərlik etməsəydi, NATO-nun mövcud olmayacağını demişdi. Bir gün əvvəl Britaniyanın “The Guardian” qəzeti Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidlərinin SSRİ-nin Macarıstan və Çexoslovakiyaya […]

Pezeşkian etirazçıların hərəkətlərinə qarşı nümayişdə iştirak edib – “Tasnim”

İran prezidenti Məsud Pezeşkian Tehranda etirazçılara qarşı keçirilən nümayişdə şəxsən iştirak edib. Tezadlar.az bildirir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat verib. Agentliyin məlumatına görə, dövlət başçısı İslam Respublikası paytaxtının mərkəzindəki Ənqelab meydanına gələrək etirazçılara qoşulub. Həmçinin İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi də orada olub. Xatırladaq ki, İranda […]

Sadə, səmimi, təmkinli və ədalətli…

Professor İlham Rəhimovu hamı belə tanıyır və sevir… …Mən universitet mühitində çox fərqli adamlar görmüşəm: elmi ilə böyük alimlər, illərin qocaman professorları, yüksək vəzifə tutan müəllimlər…  Xüsusən də hüquq fakültəsində cəmiyyətdə böyük nüfuza, rütbəyə, vəzifəyə malik insanların dərs deməsi adi haldır. Amma universitet tələbələri müəllimi nüfuzuna, cəmiyyətdə tutduğu mövqeyə, vəzifəsinə və ya imkanlarına görə sevmirlər. […]

“Putinlə danışmalı olacağıq”: AB qaçılmazlığı etiraf edir

Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqların qaçılmazlığını rəsmi olaraq etiraf edib ki, bu da 2026-cı ilin əvvəlinə qədər Qərb diplomatiyasında köklü bir dəyişiklik deməkdir. Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Paula Pinho jurnalistlərin Avropa liderlərinin yeni mövqeyi ilə bağlı suallarını cavablandırarkən, Kremllə dialoqun qlobal böhranın həllində zəruri bir addım olacağını təsdiqləyib. Tezadlar.az xəbər […]

Keçmiş baş nazir azadlıqdan məhrum edildi – çirkli pulların yuyulmasına görə

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili çirkli pulların yuyulmasına görə beş il müddətinə azadlıqdan məhrum edilib. Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Keçmiş baş nazir Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsi ilə cinayət törətdiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib”, – Baş Prokurorluğun açıqlamasında bildirilir. Bundan əlavə, Qaribaşvili 370.000 dollar […]

“Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb”

“Bu gün Azərbaycanda əhalinin qazlaşma səviyyəsi 96 %-ə çatıb”. Tezadlar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib. “Biz qazlaşma məsələlərini böyük dərəcədə həll etmişik. Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb. Mən bunu deməklə yaşayış […]

Hakim Rauf Əhmədovdan atası Tağı Əhmədova şikayət ediləcək!

Bu gün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun icratında olan İş № e-2(007)-3734/2025 saylı mülki iş üzrə Qətnamə qəbul edildi. İddiaçı mənəm-jurnalist Asif Mərzili… Belə ki, 2012-ci ildə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı ilə) Nizami rayonunda MTK-ların birindən aldığım mənzildən alt qonşuya su sızması ilə bağlı mənzilin sahibi E.Quliyev ötən il mənzilinə […]

Media savadlılığının artırılması yalan məlumatlarla mübarizədə vacib rol oynayır

“Media savadlılığının artırılması yalan və çaşdırıcı məlumatlarla mübarizədə vacib rol oynayır”. Tezadlar.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qurumun beş illik fəaliyyəti haqqında AZƏRTAC-a müsahibəsində deyib. O qeyd edib ki, dezinformasiya risklərinin azaldılması məqsədlə media savadlılığının artırılmasına yönəlmiş sistemli, çoxşaxəli tədbirlər görülməkdədir. Sitat: “Media savadlılığı ilə bağlı cəmiyyətdə düşüncə tərzinin […]

Əgər Qrenlandiyanı ələ keçirməsək, Rusiya və ya Çin ələ keçirəcək – Tramp

ABŞ prezidenti Donald Tramp Qrenlandiyaya ərazi iddiaları ilə bağlı yeni iddialar irəli sürüb və adanı ələ keçirmək planlarını təsdiqləyib. O bildirib ki, ABŞ Qrenlandiyanı ələ keçirməsə, Rusiya və ya Çin ələ keçirəcək. “Və mən buna imkan vermirəm”, – deyə o vurğulayıb. Tezadlar.az-ın məlumatına görə, Tramp əlavə edib ki, diplomatik yolla razılaşmaq və “amma bu və […]

AntiMehdiyevçı ailə cəzalandırılır, mehdiyevçı ailə mükafatlandırılır…

Xeyrəddin Qoca ilə Bəxtiyar Sadıqova fərqli münasibətin səbəbi nədir? Məşhur “91” lərdən və YAP-ın qurucularından olan, hazırda hakim partiyanın Veteranlar Şurasının üzvü, sabiq konsul və millət vəkili Xeyrəddin Qoca cəmiyyətdə hələ ötən əsrin 90-cı illərinin sonlarından Ramiz Mehdiyevə qarşı açıq etirazları ilə tanınır. Prezident Adminstrasiyasının rəhbərinə qarşı mətbuatda və ictimaiyyət arasında, hətta Milli Məclisdə davamlı […]

ABŞ yaxın saatlarda İranda hərbi əməliyyata başlaya bilər-Qərar verildi

ABŞ senatoru Lindsi Qrem etiraf edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı çox yaxın saatlarda başlaya bilər. Tezadlar.az CNN-Türk-ə istinadla  bildirir ki, onun sözlərinə görə, qərar əsasən artıq verilib və hadisələrin sonrakı inkişafı fundamental seçimdən deyil, yalnız dəqiq hərəkət anından asılıdır. Qrem gözləmənin qısa müddətli ola biləcəyini açıqlayıb: “Bu, bu gecə (ABŞ-ın İrana hücumu) ola bilər. İndi […]

İran Trampın təhdidlərinə cavab verdi

İran İslam Respublikasını təhdid edən dövlətlərə qarşı qabaqlayıcı tədbirlər görmək niyyətində deyil. Tezadlar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda xarici diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə bildirib. İran müharibəyə hazırdır; qabaqlayıcı tədbirlər nəzərdən keçirilmir, – o, İranın dövlət televiziyasında bildirib. İranın xarici işlər nazirinin sözlərinə görə, Tehran diktələri rədd edir və […]

HƏFTƏBECƏR…

Müğənni sayılan Təranə Qumral və Musa Musayevin müğənnilik edən qızları Qumral qonaq olduğu “Rəngarəng” verilişində sənətkarlıqdan danışarkən belə deyib: “Mən demədim ki, indi sənətkaram. Ancaq bir neçə ildən sonra olacağam. Hazırda 37 yaşım var. 50 yaşımda sənətkar olacağam”. P.S. Ay Qumral xanım, Allah səni saxlasın. 37 yaşa qədər sənətkar olmamısansa, bundan sonra da ola bilməyəcəksən. […]

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldıldı

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. Tezadlar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb. Sənədə […]

Əraqçi ilə Trampın xüsusi nümayəndəsi arasında rabitə yaradılıb

İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında rabitə kanalı açıqdır. Tezadlar.az İRNA agentliyinə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi deyib. Onun sözlərinə görə, lazım gəldikdə, tərəflər bir-birinə mesaj göndərirlər. Bəqayi qeyd edib ki, İran qarşılıqlı hörmətə və maraqlara əsaslanan dialoqa hazırdır.

İran hakimiyyəti interneti bağlayaraq ona girişi kəsib

29 dekabr 2025-ci ildə milli valyutanın devalvasiyası və məzənnənin kəskin dəyişməsi fonunda Tehranın mərkəzində etirazlar başlayıb. Nümayişlər tədricən ölkənin digər bölgələrinə yayılıb. 10 yanvarda ABŞ prezidenti Donald Tramp İranın azadlığa can atdığı fikrini bildirib və Vaşinqtonun nümayişçilərə kömək etməyə hazır olduğunu əlavə edib. 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvi ilk fürsətdə ölkəyə qayıtmaq […]

Rusiya dəmir yollarına yenidən zərbə endirib: bir sıra qatarlarda gecikmələr var

Rusiya Federasiyası 12 yanvar səhəri dəmir yolu infrastrukturuna yenidən zərbə endirib. Dövlətə məxsus “Ukrzaliznitsa” şirkəti dəymiş ziyanı aradan qaldırır və sərnişinlərə xidmət göstərir. Tezadlar.az xəbər verir ki, bu barədə “Ukrzaliznitsa”nın İdarə Heyətinin sədri Oleksandr Pertsovski Facebook-da bildirib. “Səhərə yaxın dəmir yolu infrastrukturunda bir sıra əlavə hadisələr baş verib, bu da o deməkdir ki, biz bu […]

Danimarkanın ABŞ-dakı səfiri Qrenlandiyanın işğalı ilə bağlı şərhlərə belə cavab verdi

Qrenlandiya əsrlər boyu Danimarka krallığının ayrılmaz hissəsi olub Kopenhagenin Vaşinqtondakı səfiri Yesper Möller Sörensen ABŞ prezidentinin elçisi Jeff Landry-nin İkinci Dünya Müharibəsindən sonra Danimarkanın Qrenlandiyanı işğal etməsi ilə bağlı şərhlərini tənqid etdi və adanın əsrlər boyu Skandinaviya krallığına məxsus olduğunu bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə Skandinaviya diplomatı sosial mediada yazıb. “Əsrlər boyu Qrenlandiya […]

Oxşarların sirri: Keçmiş MI6 rəisi saxta və əsl Putini necə dəqiq ifşa edəcəyini açıqladı

Rusiya prezidenti müntəzəm olaraq ictimaiyyət qarşısında şəxsən görünür və hamısı sui-qəsd riskinin səviyyəsindən asılıdır Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibə fonunda sui-qəsd təhlükəsini minimuma endirmək üçün ictimai tədbirlər zamanı müntəzəm olaraq oxşarlarından istifadə edir. Tezadlar.az xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, bunu Britaniya MI6 kəşfiyyatının keçmiş rəhbəri Riçard Dirlav bildirib. Onun […]

Rusiya ordusu Odessaya hücum etdi: şəhərin bəzi yerlərində elektrik kəsilib və xəsarət alanlar var

Bir fərdi ev dağılıb, bir neçəsinə isə ziyan dəyib 12 yanvar gecəsi Rusiya ordusu Odesaya dronlarla hücum edərək elektrik enerjisi qurğusuna zərər vurub və mülki şəxslərə xəsarət yetirib. Tezadlar.az xəbər verir ki, Odesa Regional Prokurorluğunun mətbuat xidmətindən UNIAN-a bildiriblər ki, ruslar gecə elektrik enerjisi qurğularına hücum edərək mülki infrastruktura və yaşayış binalarına ziyan vurub. “Altı […]

Trampın bu iddiası Şimali Avropanın sərt reaksiyasına səbəb oldu

ABŞ prezidenti Donald Tramp adanı ələ keçirmək istəyini əsaslandıraraq Rusiya və Çin gəmilərinin Qrenlandiya ərazisində olduğunu iddia etdi. Skandinaviya ölkələrindən olan diplomatlar Amerika liderinin iddialarını təkzib etdilər. Tezadlar.az xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Skandinaviya ölkələrindən olan iki yüksək vəzifəli diplomat son illərdə Qrenlandiya ərazisində Rusiya və ya Çin gəmilərinin və ya sualtı […]

Ukraynadakı müharibə simvolik bir həddi keçdi: Zelenski bunu “dəlilik” adlandırdı

Rusiya-Ukrayna müharibəsi Almaniyanın SSRİ-yə qarşı müharibəsinin uzunluğuna bərabərdir və bu gün onu ötüb keçəcək Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi artıq 1418 gün davam edib – bu, Nasist Almaniyasının SSRİ-yə qarşı müharibəsi ilə eynidir. Tezadlar.az xəbər verir ki, prezident Vladimir Zelenski dünən axşam çıxışında bu simvolik tarixə münasibət bildirib. “Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin 1418-ci […]

12 YANVAR ÜÇÜN ULDUZ FALI

Bu gün – 12 yanvar 2026-cı il tarixi üçün bütün bürclərə ulduz falı tərtib edilib. Heç kimin sizə uyğunlaşacağını və ya işləri asanlaşdıracağını gözləməyin. Bu, xoşagəlməz və ya münaqişəyə səbəb olsa belə, konkret hərəkətlər üçün bir gündür. Yalnız faktları və öz hisslərinizi dinləyin – başqalarının sözləri həmişə vacib olmur. Tez, gecikmədən qərarlar verməli və nəticələrini […]

Ruslar yeni təhlükəli dron əldə ediblər: ekspert əks tədbirin adını çəkdi

Kiyev getdikcə rusların bir nömrəli hədəfinə çevrilir, buna görə də şəhərin çoxqatlı müdafiəsi vacibdir. Tezadlar.az xəbər verir ki, bunu Təhlil və Strategiyalar Mərkəzinin rəhbəri İqor Çalenko Kiyev24-də bildirib. O, paytaxt müdafiəçilərinin həddini aşdığını qeyd edib. “Lakin biz Ərazi Birliyinin Könüllü Formalarının (ƏBQB), xüsusən də bu mobil yanğınsöndürmə dəstələrinin imkanlarını artırmalıyıq”, – deyə ekspert qeyd edib. […]

Çindən asılılığa qarşı mübarizə yeni səviyyəyə çatır: “Reuters” ABŞ-ın planını açıqlayır

Qeyd olunur ki, Çin əsas mineralların təchizat zəncirində dominantlıq edir ABŞ maliyyə naziri Skott Bessent G7 ölkələrini və digər dövlətləri vacib minerallar üçün Çindən asılılıqlarına qarşı daha fəal mübarizə aparmağa çağırmaq niyyətindədir. Tezadlar.az-ın məlumatına görə, “Reuters” öz mənbələrinə istinadən bildirir ki, ABŞ maliyyə naziri bu gün – 12 yanvarda G7 ölkələri, Avropa Birliyi, Avstraliya, Hindistan, […]

Ağdərədə minaya düşənin vəziyyəti ağırdır

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində sağ baldırın yuxarı 1/3 səviyyəsində amputasiyası əməliyyatı icra olunub. Tezadlar.az xatırladır ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Hadisə işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş […]

Nadir şahdan bu günə: İran – Türkiyə – Səudiyyə Ərəbistanı üçbucağı

…Yaxın Şərqdə güc balansı dəyişir, ittifaqlar dağılır, yeniləri qurulur. Amma bir şey dəyişmir: məzhəb siyasəti hələ də geosiyasətin əsas silahıdır. İran, Türkiyə və Səudiyyə Ərəbistanı bu silahı fərqli cür istifadə etsələr də, eyni tarixi düyünün içindədirlər. Bu düyünü isə üç yüz il əvvəl bir türk hökümdarı – Nadir şah Əfşar açmağa cəhd etmişdi. Nadir şah […]

İranda matəm elan edildi-3 GÜN ÖLƏNLƏRƏ YAS TUTULACAQ

Ötən axşam saatlarında İran hakimiyyəti etiraz aksiyalarında həlak olanlar üçün üç günlük milli matəm elan edib. Tezadlar.az  Reuters- ə istinadla bildirir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. İran prezidenti Məsud Pezeşkyanın matəmlə bağlı tədbirlərdə iştirak etmək niyyətində olduğu bildirilir. İran siyasətçiləri isə vətəndaşları 12 yanvarda həmrəylik yürüşündə iştirak etməyə çağırıb. Ölkənin bir sıra şəhərlərində, […]

ABŞ rəsmiləri İrana qarşı hərbi əməliyyatlar barədə son qərarını sabah verəcək

İranda etirazlar yeni mərhələyə daxil olub. Tezadkar.az BBC- yə istinadla bildirir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı administrasiyanın yüksək vəzifəli rəsmiləri ilə İrana qarşı əlavə tədbirləri müzakirə etmək üçün görüşəcək. Sitat: “Prezidentin yüksək vəzifəli administrasiya rəsmiləri ilə planlaşdırılan görüşü növbəti addımlara yönələcək. Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri […]

Adnan Əhmədzadə ilə Mübariz Mənsimovun kəsişən yolları- ARAŞDIRMA

Tezadlar.az ın elektron poçtuna göndərilmiş yazını mənbəyə istinadla təqdim edirik. Yazıda maraqlı tərəflərin mövqeyinə hörmətlə yanaşır və dərc etməyə hazırıq: …Mübariz Mənsimova qarşı qarayaxma kompaniyasının arxasında Adnan Əhmədzadənin adamı Elnur Abdullayev dayanırmı? Heç sizə maraqlı olmadı ki, Adnan Əhmədzadənin həbsi haqqında ölkə mediasının yarısı niyə yazmadı? – Adnan Əhmədzadəyə bağlı olan oxu . az, report […]

“Orman”da nə baş verir: bu restoranın 6 nəfərə sırıdığı 641 manat!

Sosial mediada maraqlı hadisə barədə paylaşım var: Bakıda- “Kənclik” ərazisində fəaliyyət göstərən və yəqinki fiziki şəxsin adına olan(bütün qulaqkəsən restoranların hansının vergi uçotuna baxırsan, daha az vergi ödəmək üçün hansısa fiziki şəxsin adına sənədləşdirilmiş olur) “Orman” restoranında 6 nəfərin naharı, yumşaq desək, sonda burunlarından gəlib. Belə ki, 6 nəfərlik yemək 641 manata başa gəlib!(“Haqq- hesab”). […]

Tramp Pəhləvidən əlini üzür və…

İran indi çöp uzadılmış arı pətəyinə bənzəyir: etirazlar, küçə yürüşləri, qətl və dağıntılar… Xalq yüz illərdir onu əzən rejimdənmi xilas olmaq istəyir?! BƏS REJİM DAĞILSA, onda xalq hansı azadlığı istəyəcək? Bu arada isı vaxtilə devrilmiş və xaricdə dünyasını dəyişmiş Şahın oğlu peyda olub, yenidən hakimiyyətə qayıtmaq istəyir. Amma Tramp ona bel bağlamır. Sitat: “Düşünürəm ki, […]

Odlu at ilinin birinci ayı…-ELMAN ELDAROĞLU- 60!

  …1966 cı il- Odlu at ilində,yanvarın 11 də dünyaya gəlib. Sənədlərə isə 3 yanvar yazılıb. Tez- tez işlətdiyi ifadədir: – Qədeş,mən səkkiz uşağıyam. Səkkizin uşaqları alayı cür okurlar ha! Varislə bir məhəllədə böyümüşük. İkimiz də 66 yıq. – Sumqayıt şəhərinin 8 ci mikrarayonunu və tanınmış yazıçı Varisi nəzərdə tutur. – Orta məktəbdə oxuyarkən şeirlər […]

Rusiyanın Xəzərdəki “Lukoyl” qazma platforması raketlə vuruldu

Ötən gecə saatlarında Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində “Lukoil” neft şirkətinə məxsus üç qazma qurğusunu, Luqansk bölgəsində müvəqqəti ələ keçirilmiş ərazidə Rusiyanın Buk-M3 zenit-raket sistemini və Xerson bölgəsində Rusiya ordusunun bir bölməsini məhv edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Zərərin miqdarı hələ də müəyyən […]

Etirazçılar güllə- barana baxmayaraq geri çəkilmir-TRAMP ƏSƏBLƏŞİB

İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə cavab verəcəyini bəyan edib. Bu xəbərdarlıq etirazçıların hökumətin sərt tədbirlərinə baxmayaraq küçələrə çıxmağa davam etdiyi bir vaxtda səsləndirilib. Tezadlar.az BBc- yə istinadla bildirir ki, valideynlər övladlarının meyitlərini tanımaq üçün məscidlərə axışır… Etiraz mitinqlərində danışan iki xəstəxananın tibb işçiləri son iki gün ərzində 100-dən çox cəsədin xəstəxanalara gətirildiyini bildiriblər. […]

Papa XIV Leo Ukraynanın enerji terrorizmi barədə danışdı

Papa zorakılığa son qoymağa və sülhə nail olmaq üçün səyləri artırmağa çağırıb Papa XIV Leo ənənəvi bazar çıxışında Ukraynadan bəhs edib. O, dünyaya xatırladıb ki, ukraynalılar Rusiya atəşindən əziyyət çəkməyə davam edirlər. Tezadlar.az bildirir ki, “Vatican News” xəbər verir. Çıxışında Papa son Rusiya hücumlarının soyuğun gücləndiyi bir vaxtda enerji infrastrukturunu hədəf aldığından təəssüfləndiyini bildirib. O, […]

Almaniya Qrenlandiyadakı vəziyyətlə əlaqədar NATO-nun Arktika missiyasını təklif edir – “Bloomberg”

Almaniya həmçinin ABŞ-ı Qrenlandiyanın suverenliyinə və beynəlxalq qanunlara hörmət etməyə çağırdı Almaniya Qrenlandiyanı ilhaq etməklə hədələyən ABŞ ilə gərginliyi azaltmaq üçün Arktika bölgəsində təhlükəsizlik maraqlarını izləmək və qorumaq üçün birgə NATO missiyası yaratmağı təklif edəcək. Tezadlar.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə hökumətin mövqeyi ilə tanış olan iki şəxs bildirib. Nəşrin mənbələrinə görə, bir […]

Kadırovun yerinə başqa bir şəxs axtarılır: BKİ bir mənbə səbəbi açıqlayıb

Kadırovun böyük oğlu namizədlər arasındadır Çeçenistan hökmdarı Ramzan Kadırov böyrək çatışmazlığından əziyyət çəkir və dializ keçir. Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (BKİ) mənbə UNIAN-a məlumat verib. Mənbə qeyd edir ki, o, xəstəxanadadır və ailə üzvləri, o cümlədən Rusiyanın müxtəlif bölgələrindən və digər ölkələrdən olanlar onunla birlikdədir. Mənbə əlavə edir […]

Tramp mülki hədəflərə hücumlar da daxil olmaqla, İrana yeni zərbələr endirməyi düşünür – “NYT”

Tramp hələ İrana zərbələr endirməklə bağlı yekun qərar verməyib ABŞ prezidenti Donald Trampa İrana yeni hərbi zərbələr endirmək üçün bir neçə variant təqdim edilib. Tezadlar.az bildirir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat verir. Qeyd olunur ki, təklif olunan variantlara əsasən, Tehrandakı qeyri-hərbi hədəflər ABŞ zərbələri üçün hədəf kimi istifadə edilə […]

Rusiya ordusu Zaporojye bölgəsindəki Beloqoryeni azad etdi

Dnepr qrupunun döyüşçüləri kəndi nəzarətə götürdü Rusiya qoşunları Zaporojye bölgəsindəki Beloqorye kəndini azad etdi. Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. “Dnepr qoşun qruplaşmasının bölmələri aktiv və qətiyyətli hərəkətlər nəticəsində Beloqorye kəndini azad etdilər”, – nazirliyin açıqlamasında deyilir. E.ŞİRİNOV

İran rəsmilərindən Trampa daha bir sərt xəbərdarlıq

İranda vəziyyət kritik hala gəlməkdədir- ölkədə etirazlar dalğası böyüyür.  Bu arada Xameneinin ardınca İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ rəhbərliyinə sərt xəbərdarlıq edib. O, bildirib ki, hazırda İran bir tərəfdən İsraillə, digər tərəfdən ABŞ ilə müharibə aparılır. “Həm də iqtisadi, koqnitiv-psixoloji və hərbi-terrorçu müharibələr gedir”. Spiker ABŞ-nin etirazlara müdaxiləsinə də toxunub. “Əgər ABŞ İrana hücum […]

Trampın arzusu çin olur: İranda nümayişçilər əsas küçələrdə nəzarəti ələ keçirdi- TƏCİLİ- VİDEO

Trampın arzusu çin olur: ötən gecə etirazçılar güllə- barana baxmayaraq küçələrə çıxaraq etirazlarını davam etdirib və bəzi əsas küçələri nəzarətə götürüblər. Ölkədə vəziyyət Trampın arzuladığı kimidir- Tehranda ümumi internet blokadası davam edir və minlərlə nümayişçinin saxlanıldığı bildirilir. Tezadlar.az BBC MÜXBİRİNİN YAYDIĞI MƏLUMATLARINA görə, ƏLDƏ EDİLƏN videolardan məlum olur ki, Tehranın Gişa rayonunda etirazçılar küçələrdə tam […]

Xamenei Trampın devriləcəyini dedi- ABŞ liderini Qurana tapşırdı!

İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın devriləcəyini bəyan edib. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, o, bu fikirləri dövlət televiziyasında yayımlanan çıxışı zamanı səsləndirib. Xamenei bildirib ki, tarixdə Firon, Nəmrud, Rza şah və Məhəmməd Rza kimi tiranlar təkəbbürlərinin ən yüksək nöqtəsində devriliblər. Onun sözlərinə görə, Donald Trampı da eyni […]

“İran heç vaxt olmadığı qədər azadlığa can atır-ABŞ köməyə hazırdır!”

İran azadlığın bir addımlığında! ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı paylaşımında belə deyib… Tezadlar.az Trampın “Truth Social” hesabına istinadla həmin statusu təqdim edir: “İran bəlkə də heç vaxt olmadığı qədər azadlığa can atır. ABŞ kömək etməyə hazırdır”. İranın dini rəhbəri Xameneyi isə bildirib ki, İran sonadək mübarizə aparacaq… ABŞ- da isə artıq hərbi müdaxilə […]

İrana zərbələr üçün Trampa zəif nöqtələrin koordinatları təqdim edilib

Ötən gün ABŞ Prezidenti Donald Trampa İrana əlavə zərbələr endirmək üçün bir neçə seçim verilib. Tezadlar.az “The New York Times”ə istinadla  Bildirir ki, Tramp Tehranda mülki hədəflərə zərbələr endirmək də daxil olmaqla bir sıra variantlarla tanış olub. Adları çəkilməyən ABŞ rəsmiləri qeyd ediblər ki, Amerika lideri İslam Respublikasına qarşı hücuma icazə verməyi ciddi şəkildə nəzərdən […]

İspaniya Trampın təhdidləri fonunda Avropanı öz ordusunu yaratmağa çağırdı

İspaniya Xarici İşlər Nazirliyi də Ukraynaya dəstəyini ifadə edib İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez bildirib ki, Avropa “üçüncü tərəflərdən asılı olmadan” öz çəkindirici qüvvəsinə sahib olmaq üçün müdafiə sənayesini inteqrasiya etməli və “Avropa ordusunun yaradılmasına doğru irəliləməlidir”. Tezadlar.az xəbər verir ki, o, bunu “EFE”-yə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, ABŞ-ın Venesuelaya müdaxiləsi […]

Bu yerlərə yağış, dağlıq ərazilərə isə qar yağır

Hazırda Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir, dağlıq ərazilərdə qar yağır. Tezadlar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatında qeyd edilib. Belə ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan, Şamaxıda yağış, […]

11 YANVARIN ULDUZ FALI

Buğa bürcünə emosiyaları boğmamaq və ya sakit görünməyə çalışmamaq tövsiyə olunur Sabah – 11 yanvar 2026-cı il üçün bütün bürclərə ulduz falı tərtib edilib. Bu gün ediləcək ən yaxşı şey, narahatlıq yaratsa belə, dürüst və birbaşa davranmaqdır. Yalançı sakitlik hissi xatirinə işləri hamarlamaqdan və ya özünüzü anlaşılmaz hiss etdiyiniz söhbətlərə qarışmaqdan çəkinin. Seçim etməlisinizsə, başqalarının […]

Əsl intelegent və canlara dəyən oğlan- Elçin İmanov- 55

…Yardımlıdan incəsənət adamları çox çıxsa da, nədənsə aktyorlar az çıxıb. Təsəvvür edin ki, dünyaya səpələnən yarım milyona yaxın Yardımlı əsilli insanların arasında cəmi iki nəfər tanınmış aktyor var. Onlardan biri- “XXI əsrin Fuad Poladovu” adlandırdığım, əməkdar artist İlqar Cahangir, digəri isə aktyor Elçin İmanovdur. Bu gün sizə Elçin İmanovdan söhbət açmaq istəyirəm. Axı, yanvarın 11-i […]

Vanqadan 2026-cı il üçün dəhşətli proqnozlar: dünyanın sonu gəlir…

O, həmçinin yaxın gələcəkdə buzlaqların əriyəcəyini və Yer kürəsinin böyük hissəsini su altında qoyacağını proqnozlaşdırıb Məşhur bolqar peyğəmbəri Vanqa bu il üçün yadplanetlilərin Yer kürəsinə gələcəyini və Üçüncü Dünya Müharibəsinin başlayacağını proqnozlaşdırıb. Tezadlar.az xəbər verir ki, “Nypost”-a görə, kor peyğəmbər bəşəriyyətin yerüstü həyatla ilk qarşılaşmasının 2026-cı ilin noyabr ayında baş verəcəyini proqnozlaşdırıb. O, nəhəng bir […]

“Budur, alacaqsınız”: Medvedev Avropanı hədələdi

Medvedev Avropa ölkələrinin Ukraynaya qoşunlarını yerləşdirməyi planlaşdırmasından qəzəblənib Rusiyanın keçmiş prezidenti və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Lvov vilayətinə “Oreşnik” ballistik raket zərbəsini göstərən video yayımladı. Tezadlar.az xəbər verir ki, o, sosial media səhifəsində Avropaya müraciət edərək videoya sərt şərh əlavə edib. “Hakim Avropa axmaqları hələ də Avropada müharibə istəyirlər. Bu, min dəfə […]

Ukrayna nadir və fenomenal dəqiqliyə malik toplarla silahlanıb, lakin burada bir problem var

Topla bağlı əsas problem onun qısa məsafəli atışıdır Ukrayna Müdafiə Qüvvələri cəbhə xəttində nadir, lakin effektiv silahlardan istifadə edir, buna misal olaraq Sovet 2B-16 “Nona-K” topunu göstərmək olar. Tezadlar.az xəbər verir ki, “Defense Express”-ə görə, bu top “fenomenal” dəqiqliyə malikdir, lakin xüsusilə müasir müharibədə ciddi əməliyyat çatışmazlıqlarına da malikdir. Ukrayna Silahlı Qüvvələrinin 80-ci Qalisiya Hava-Desant […]

“Hökümət qətllərə başlayarsa, müdaxilə edəcəyik”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti insanların qətlə yetirilməsinə başlayacağı təqdirdə ABŞ prosesə müdaxilə edəcək. Tezadlar.az xəbər verir ki, o, bu barədə Ağ Evdə neft və qaz şirkətlərinin rəhbərləri ilə görüş zamanı açıqlama verib. Donald Trampın sözlərinə görə, İran hazırda ağır vəziyyətdədir və ölkədə gözlənilməz proseslər baş verir.  Tramp deyib ki, bəzi şəhərlərdə […]

Tramp İranla bağlı son sözünü dedi: “İran dəyişiklik istəyir…”

Bəli, İranda vəziyyət artıq farsca yox, Trampcadır: belə ki, etirazların 13-cü günündə İran İslam Respublikası rejiminin ən böyük qorxusu tam şəkildə özünü göstərdi: iranlılar birləşib və dəyişiklik tələb edir. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin farsdilli “X” səhifəsində bildirilib. “İslam Respublikası rejiminin cavabı isə interneti kəsmək, xalqa qarşı zorakılığa […]

İran etirazlarında ən azı 217 nəfər ölüb, minlərlə həbs və yaralı var…

İrandakı etiraz aksiyalarında ölənlərin sayı 300-ə yaxındır. Tramp bərk narahatdır.  Tezadkar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə Tehrandan olan anonim həkim “Time”a danışıb. Onun sözlərinə görə, paytaxtın təkcə 6 xəstəxanasında 217 etirazçının ölümü qeydiyyata alınıb. Həkim ölənlərin əksəriyyətinin odlu silahdan açılan atəş nəticəsində həlak olduğunu bildirib. Qeyd: İran hökuməti etirazlarda ölənlərin sayı barədə […]

Ukrayna və ABŞ azad ticarət sazişi hazırlayır: Zelenski detalları açıqladı

Kiyev müharibədən sonrakı bərpa planının bir hissəsi olaraq ABŞ ilə razılaşmaya ümid edir Ukrayna prezidenti Vladimir Zelenski ABŞ ilə müharibədən sonrakı daha geniş iqtisadi bərpa planının bir hissəsi olacaq sıfır tarifli azad ticarət sazişi bağlamaq imkanını müzakirə etdiyini açıqlayıb. Tezadlar.az bildirir ki, “Bloomberg”-ə verdiyi müsahibədə Zelenski təklif olunan sazişin ABŞ ilə ticarətdə sıfır tarifləri nəzərdə […]

65 yaşdan yuxarı qadınlar sümük sağlamlığı üçün nə içməlidirlər?

Sümük sıxlığı osteoporoz riskinin əsas göstəricisidir Alimlər 65 yaşdan yuxarı qadınlarda qəhvə və çayın sümük sağlamlığına təsirini araşdırmaq üçün genişmiqyaslı bir araşdırma aparıblar. Tezadlar.az xəbər verir ki, “Verywellhealth”-ə görə, tədqiqatçılar 10 il ərzində 10.000 qadını izləyiblər və çay içən qadınların budlarında ümumi sümük sıxlığının içməyənlərə nisbətən bir qədər yüksək olduğunu aşkar ediblər. Sümük sıxlığı osteoporoz […]

Trampın yeni dünya nizamında Avropa Ukraynadan başqa heç bir yerdə rol oynamır – “Politico”

Ukraynada məqbul atəşkəsə nail olmaq üçün Avropanın Amerika dəstəyinə ehtiyacı var Son hadisələr göstərdi ki, Ağ Ev Avropanın yaxşı müttəfiqi olmağa laqeyd yanaşır və blokun tənqidçilərinə görə, AB-nin Trampın yeni dünya nizamına əhəmiyyətsizliyi göz qabağındadır. Lakin prezident Donald Trampın ikinci müddətinə təxminən bir il qalmış, Avropa liderləri və rəsmiləri hələ də Amerikanın əvvəllər yaxın olan […]

D vitamini ehtiva edən qidalar: diyetoloq ən sağlam 5 qidanın adını çəkdi

Düzgün qidaları seçməklə vitamin əlavələrindən qaçınmaq olar D vitamini sümük sağlamlığını, əhval-ruhiyyəni, əzələ gücünü, immun funksiyasını və xəstəliklərin qarşısının alınmasını qorumaq üçün vacibdir. Tezadlar.az xəbər verir ki, lakin “Verywellhealth”-ə görə, sağlam qidalanma qaydalarına əməl edən insanlar arasında belə aşağı səviyyələrə rast gəlinir. Dietoloq və MPH Lauren Panoff bu vitamini kifayət qədər qəbul etməyiniz üçün yeməyə […]

G7 Trampın ad gününü pozmamaq üçün zirvə görüşünün vaxtını dəyişdirdi

Keçən il Trampın dövründə NATO sammiti də vaxtını dəyişdirdi G7 sammiti ABŞ prezidenti Donald Trampın ad gününü qeyd edə bilməsi üçün bir günə təxirə salınmışdı. Tezadlar.az bildirir ki, “Politico” bu barədə iki məlumatlı məmura istinadən məlumat verib. Qeyd olunur ki, bu il sammitə ev sahibliyi edəcək Fransa əvvəlcə onu 14-16 iyun tarixlərində keçirməyi planlaşdırırdı. Lakin […]

Tramp şokdadır: İranda 50- dən çox etirazçı ölüb…

İranda hökumətin sərt tədbirlərlə bağlı təhdidlərinə və son 24 saat ərzində təhlükəsizlik qüvvələrinin atəş açaraq nümayişçiləri öldürdüyünə baxmayaraq, ardıcıl 13-cü gündür ki, İran şəhərlərinin küçələrinə axışırlar. Etirazlar zamanı 50-dən çox insan həlak olub. Tezadlar.az Reuters-ə istinadla bildirir ki, Norveçin insan haqları təşkilatı olan İran İnsan Haqları dünənki hesabatında bildirib ki, İranda rejimə qarşı qəzəb və […]

“Dil milli-mədəni kimliyin başlıca daşıyıcısıdır”

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran ən mühüm məsələlərdən biri ruhi, yəni əqli və mənəvi mədəniyyətimizin inkişafıdır…”. Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor  Fuad Məmmədov AMEA-da “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda keçirilmişmüşavirədə çıxışı zamanı belə deyib. O, müasir dövrdə Azərbaycan elmində ən vacib […]

Bolqarıstanda yeni hökumət alınmadı: seçki qaçılmazdır

Bolqarıstan parlamentindəki iki ən böyük siyasi qrup prezident Rumen Radevlə ayrı-ayrılıqda məsləhətləşmələr zamanı yeni hökumət formalaşdırmaqdan imtina ediblər. Tezadlar.az Bolqarıstan KİV-ə istinadən verdiyi məlumata görə, həm hakim sağ-mərkəzçi GERB-UDF qrupu, həm də WCC-DB alyansının liberalları növbədənkənar seçkilərə maraq göstərdiklərini bildiriblər. Hər iki qrupun prezidentlə görüşdən sonra verdiyi açıqlamalarda əvvəlcə ictimai etimadı bərpa etməyin vacibliyi vurğulanıb, […]

Əkrəm İmamoğlu yenidən məhkəmə qarşısında

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Əkrəm İmamoğlunun işi üzrə sənədlər üzərindən aparılan həbs qətimkan tədbirinə baxış zamanı onun həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verilib. Tezadlar.az Türkiyə mediasına istinadla xəbər verir ki, korrupsiya işi üzrə həbsdə olan digər təqsirləndirilən şəxslər barəsində də həbs qətimkan tədbiri uzadılıb. 2026-cı il iyulun 16-da Əkrəm İmamoğlu 1 […]

Fidan: Razılaşmalar kağız üzərində qalmamalıdır

“Suriya Demokratik Qüvvələri” 10 mart sazişinə əməl edərək üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Tezadlar.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O, Suriyada baş verən hadisələri yaxından izlədiklərini vurğulayıb. Qeyd edək ki, H.Fidan bu fikirləri “Türkiyə-İndoneziya xarici işlər və müdafiə nazirlərinin birgə iclası”nda bildirib.

Barron Tramp–Şahzadə İzabella evliliyi ideyası gündəm oldu

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq istəyi ətrafında yaranan gərginlik fonunda sosial şəbəkələrdə qeyri-adi bir təklif gündəmə gəlib. Tezadlar.az xəbər verir ki, sosial mediada bu barədə maraqlı paylaşımlar diqqət mərkəzindədir: istifadəçilər Barron Trampın(Trampın kiçik oğlu) Danimarkanın şahzadəsi İzabella ilə evlənməsi və Qrenlandiyanın cehiz kimi Amerikaya verilməsi təklifini müzakirə edirlər. Şahzadə İzabella Danimarka kral ailəsinin 18 […]

13 kiloqram narkotiklə saxlanılan Nəsimi Nəbizadənin qardaşı barəsində həbs qərarı

Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub. Tezadlar.az bildirir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. E.Nəbizadənin hüquqlarını vəkil Anar […]

“Telegram” və “WhatsApp” istifadəçilərinə xəbərdarlıq

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir. Tezadlar.az xəbər verir ki, bu haqda Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər tərəfindən […]

“Neftçi” təlim-məşq toplanışında ilk oyunda qələbə qazandı

“Neftçi” qış təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Tezadlar.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən klub Qazaxıstanın “Kayrat” komandası ilə üz-üzə gəlib. Qarşılaşma “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə bitib. “Ağ-qaralar”ın heyətində Ağadadaş Salyanski (67), Vensan Abubakar (89) və Murad Məmmədov (90+2) fərqləniblər. Qeyd edək ki, “Kayrat” hazırda Çempionlar Liqasının […]

Xalq artisti qızının aktrisa olmasını istəmir

“Yeni seriallara dəvət alıram, çəkilmirəm. Çünki teatr səviyyədir. Serialda aktyor truppası, rejissor işi, maddiyat və mənəviyyat güclü olmalıdır. Bir-iki istedadlı seçirlər, qalanı yox. Bütün aktyor heyəti güclü olmalıdır. Bir dəfə çəkilmək üçün razılıq verdim. Amma çəkiləndə gördüm ki, tərəf müqabilim, aktyor truppası… Adını çəkməyəcəyəm, çəkilsəm deyərdim. Seriallara ciddi yanaşmaq lazımdır”. Tezadlar.az xəbər verir ki, bu […]

Şəhər və kənd icra strukturları yenidən formalaşdırıldı

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin aparatında ciddi struktur dəyişiklikləri edilib. Nəticədə bir sıra şöbələr ləğv edilərək sektorlarla əvəzlənib, bəzi şöbələr isə birləşdirilib. Tezadlar.az xəbər verir ki, bu proses icra hakimiyyətlərinin strukturu sayılan qəsəbə və kənd icra nümayəndəliklərini də əhatə edib. Nəticədə icra nümayəndəsinin müavini və baş mühasib vəzifələri ləğv olunub. Bu postlarda çalışan şəxslər […]

Hollywood filmində Nizami Gəncəvinin sitatı — amma səhvlə

Amerikalı rejissor Co Karnahanın “Not without hope” (“Ümidsiz olma”) filminin trilleri yayımlanıb. Tezadlar.az xəbər verir ki, ekran işində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sitatı yer alıb: “Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır”. Lakin filmin titrlərində texniki səhvə yol verilib və şairin adı “Izami” kimi göstərilib, “N” hərfi yazılmayıb. Qeyd […]

Azərbaycanda 43 kişi, 261 qadın yüz yaşı ötüb

Hazırda Azərbaycanda yaşı 100 və yuxarı olan pensiyaçıların sayı 304 nəfərdir. Tezadlar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Onlardan 261 nəfərinin qadın, 43 nəfərinin kişi olduğu vurğulanıb.

Cahaddan izləyicilərə mesaj: “Bura xeyriyyə səhifəsi deyil”

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad instaqram hesabında etdiyi paylaşım ilə gündəmə gəlib. Tezadlar.az xəbər verir ki, o, instaqramda son günlər ona ünvanlanan çoxsaylı müraciətlərə münasibət bildirib. Cahad ildə bir dəfə istirahət məqsədilə hotelə getdiyini qeyd edərək, bu müddətdə ona “pul göndər”, “çörək göndər”, “dərman göndər” kimi mesajların yazıldığını vurğulayıb: “Əziz vətəndaşlar, ildə bir dəfə […]

Trampdan iddialı açıqlama: “Yeganə məhdudiyyətim öz əxlaqımdır”

“Baş komandan kimi səlahiyyətlərimi yalnız özüm məhdudlaşdıra bilərəm” . Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Nyu York Tayms” qəzetinə verdiyi müsahibədə deyib. Qlobal səlahiyyətlərində hər hansı bir məhdudiyyətin olub-olmadığı ilə bağlı suala Ağ Ev rəhbəri belə cavab verib: “Bəli, bir məhdudiyyət var. Mənim öz əxlaqım, öz zəkam. Məni dayandıra biləcək yeganə şey […]

İranda etirazlar başlayandan bəri ölənlərin sayı 42-yə çatıb

Xəbər verdiyimiz kimi, İranda davam edən iğtişaşlar zamanı Şimali Xorasan ostanının İsfərayen şəhərində olan prokuror Əli Əkbər Hüseynzadə yandırılaraq öldürülüb. Tezadlar.az xəbər verir ki, onunla bərabər bir neçə təhlükəsizlik işçisi də qətlə yetirilib. Qeyd edək ki, etirazlar başlayandan indiyədək azı 42 nəfər həlak olub, 2300-ə yaxın insan isə saxlanılıb.

Azarkeşlər Semeno–Haland duetini səbirsizliklə gözləyir

İngiltərə futbolunun ən böyük klublarından biri olan “Mançester Siti” “Bornmut”dan Antuan Semenonu transfer edib.  Tezadlar.az-ın xarici mediaya istinadla məlumatına görə, 26 yaşlı cinah oyunçusu “şəhərlilərlə” beş il yarımlıq müqavilə imzalayıb. Yanvarın 9-da klubun mətbuat xidməti Semenonun “Bornmut”dan transferini rəsmi olaraq elan edib. Qana millisinin üzvünə 64 milyon funt sterlinq ödəniləcək. O, yeni klubunda 42 nömrəli […]

“Владимир Зеленский сделал абсолютно блестящий кадровый ход…”

Владимир Зеленский сделал абсолютно блестящий кадровый ход, назначив Кирилла Буданова главой ОП, Сергея Кислицу — его заместителем, а Михаила Фёдорова выдвинув на должность министра обороны. Буданов достойно заслужил любовь народа, а Кислица очень хорошо себя зарекомендовал. Общество сравнительно меньше знает Фёдорова, и некоторые доморощенные эксперты уже успели поставить под сомнение его соответствие должности министра обороны. […]

Pul onları sevir: var-dövlətə aparan 4 bürc

Bəzi bürclər təkcə pul qazanmaq üçün deyil, həm də onu artırmaq üçün unikal bir qabiliyyətə malikdirlər. Tezadlar.az bildirir ki, bu insanlar üçün maliyyə uğuru karmik bir hədiyyəyə çevrilir. Onlar lüks bir həyat üçün doğulurlar! Kim lüks içində yaşamağa məhkumdur və buna nail olmaq üçün hansı keyfiyyətlər onlara kömək edəcək? Buğa Bu bürcün nümayəndələri strateji düşüncəyə malikdirlər, […]

Çətin vəziyyətlər, böyük gülüş: izləməli 5 komediya filmi

Bu kolleksiyada içinə asanlıqla düşülən, lakin çıxması çətin olan vəziyyətlərdən bəhs edən əyləncəli filmlər tapa bilərsiniz: uydurma hamiləliklər, ailə müharibələri, mətbəx macəraları və bir toyda gizli agentlər. Bütün bunlar qəhrəmanların adi həyatını böyük bir macəraya çevirir. Tezadlar.az sizi əyləndirəcək 5 komediya filmini təqdim edir. Follemente Film Romada cərəyan edir və təsadüfi qarşılaşmalarla bir-birinə bağlanan bir neçə […]

ABŞ-ın saxladığı Rusiya tankerinin göyərtəsində ukraynalılar var!

ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanılan Rusiya “Bella 1” gəmisinin heyət üzvləri arasında Ukrayna vətəndaşları da var. Tezadlar.az “European Pravda”ya istinadla bildirir ki, Ukraynanın ABŞ- dakı səfirliyi “səlahiyyətli Amerika orqanları ilə daim əlaqədə olduğunu” bildirib. Səfirlik, həmçinin ABŞ Dövlət Departamentini ukraynalılara konsulluq girişinin təmin edilməsinin zəruriliyi barədə məlumatlandırıb. Diplomatik missiya qeyd edib ki, bütün hallar müəyyən […]

Smartfonlar bakteriyalar üçün “inkubator”a çevrilir

Gündəlik istifadə etdiyimiz smartfonlar təhlükəli bakteriya və virusların toplanması üçün əlverişli mühitə çevrilə bilər. Biotibbi elmlər üzrə mütəxəssislər bildirirlər ki, risk xüsusilə telefonun tualetdə istifadə edildiyi hallarda kəskin şəkildə artır. Tezadlar.az xarici mediaya istinadla xəbərinə görə, bu barədə açıqlama verən Salford Universitetinin tədqiqatçısı, doktor Qaret Nay qeyd edib ki, unitazın sifonu çəkilərkən mikroskopik nəcis hissəcikləri havaya qalxır və […]

Bu qidalar çuqun tavanın örtüyünü korlayır

Çuqun tava müasir mətbəxdə demək olar ki, kult əşyası sayılır. O, dəbdən düşmür, onilliklərlə xidmət edir və yanmadan ideal qızarmış səth vəd edir. Amma bu kulinariya ikonunun da zəif tərəfləri var. Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, texniki baxımdan çuqun tavada demək olar ki, hər şeyi bişirmək olar bazar günü səhər blinçiklərdən tutmuş restoran səviyyəsində steykə […]

Əraqçi Livanda Naim Qasımla danışıqlar aparıb

İranın xarici işlər naziri Abbas Əraqçi Livana səfəri çərçivəsində “Hizbullah” hərəkatının baş katibi Naim Qasımla görüşüb. Tezadlar.az xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb. Daha əvvəl İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın hərbi infrastrukturuna, o cümlədən silah anbarları və raket qurğularına 27 hava zərbəsinin endirildiyini bildirib.

ABŞ səfiri Kuinn Ermənistan XİN-də son görüşünü keçirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 9-da ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinni diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkə XİN-ə istinadən məlumat yayıb. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın qurulmasına imkan verən birgə işi müzakirə ediblər. Bununla yanaşı, Mirzoyan və Kuinn “Tramp Marşrutu” (TRIPP) layihəsinin […]

Fon der Lyayen: Suriyada təcili dialoq lazımdır

Suriyada son günlərdə zorakılığın artması narahatlıq doğurur, bütün tərəflər arasında təcili dialoq qurmaq lazımdır. Tezadlar.az xəbər veriri ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta ilə birgə Dəməşqdə Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşdə bildirib. “Sizin İordaniya və ABŞ ilə birlikdə hazırladığınız yol xəritəsi irəli […]

“İrəliləyiş var”: Sibiqa ABŞ-da danışıqların davam etdirildiyini elan etdi

Nazirin sözlərinə görə, Zelenski və Ukrayna nümayəndə heyəti bu məqsədlə ABŞ-a səfər etməyə hazırdır Prezident Vladimir Zelenski ədalətli sülhün irəliləməsi prosesinə sadiqdir və Amerika tərəfi siqnal verərsə, Ukrayna nümayəndə heyəti ilə birlikdə ABŞ-la danışıqları davam etdirməyə hazırdır. Tezadlar.az xəbər verir ki, “Suspilne”-nin məlumatına görə, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bunu Çexiya xarici işlər naziri […]

Azərşəkər”in sabiq rəhbəri hansı ağır cinayətlərdə ittiham olunur?

h

Nəhayət, “Azərşəkər” MMC-nin sabiq rəhbəri və daha iki nəfər külli miqdarda mənimsəmədə ittiham olunur. Tezadlar.az xatırladır ki, bununla bağlı cinayət işi məhkəməyə daxil olub. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun icraatına verilib. “Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehhdiyev, onunla yanaşı Əvəz Süleymanov və Ruslan Ələsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli […]

Kiyevin bəzi yerlərində istilik bərpa olunacaq: Kliçko vaxt cədvəlini açıqladı

Kiyevdə təxminən 6000 mənzil binası hazırda vacib infrastruktura dəyən ziyana görə istiliksizdir Kiyevdəki bəzi binalara istilik bu axşamdan etibarən bərpa edilə bilər. Tezadlar.az xəbər verir ki, mer Vitali Kliçko Telegram kanalında elan edib ki, şəhər xidmətləri təcili rejimdə işləyir. “Paytaxtdakı vəziyyət çox çətindir, lakin həyat təminatı sistemləri baxımından idarəolunandır”, – deyə o vurğulayıb. Kommunal xidmət […]

Лидер Ирана заявил, что не отступит перед протестами, а у Трампа “руки в крови”

Верховный лидер Ирана аятолла Али Хаменеи в своем выступлении на государственном телевидении пообещал, что Исламская Республика “не отступит” перед протестующими, которых он назвал “вандалами” и “диверсантами”. Как ссобщает tezadlar.az со ссылкой Times of Israel, в своем заявлении Хаменеи настаивает, что руки президента США Дональда Трампа “запятнаны кровью более тысячи иранцев”, и дал прогноз, что “высокомерный” […]

Hava Limanında şübhəli İsrail vətəndaşı saxlanılıb

Tbilisi Beynəlxalq Hava Limanında şübhəli hərəkətlər edən İsrail vətəndaşı saxlanılıb. Tezadlar.az xəbər portalının əldə etdiyi görüntülərdə həmin şəxsin əvvəlcə hava limanı ərazisində şübhəli davranışlar sərgilədiyi, polis əməkdaşları ilə mübahisə etdiyi, daha sonra isə qışqırmağa başladığı əks olunub. Hava limanında xidmət aparan hüquq-mühafizə orqanları əməkdaşlarının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, eyni hərəkətləri davam etdirən şəxs polis tərəfindən […]

Qanunsuz medal hazırlayıb paylayan QHT rəhbəri məhkəmə qarşısında

Nəhayət, qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Tezadlar.az xatırladır ki, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zamiq Bağırovun icraatına verilib. Qeyd edək ki, o, ötən ilin oktyabr ayında cinayət məsuliyyətinə […]

Sabah külək güclənəcək və…

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 10-da güclü külək əsəcək. Tezadlar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, […]

Şura “Space FM”-in, “Space TV”-nin, “Dünya TV-nin, “MTV”-nin yayımının müvəqqəti dayandırılması barədə qərar verdi

9 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilmişdir. İclasda müxtəlif məsələlər müzakirə olunub. Tezadlar.az  xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib. İlk olaraq “Azercell Telekom” MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə baxılıb. Təqdim olunan sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilən […]

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük kimyaçı-alim, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə  həsr olunmuş “Yusuf Məmmədəliyev: Odlar yurdunun fəxri” adlı yubiley tədbir keçirildi. Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova Azərbaycanda neft kimyasının memarı olan kimyaçı-alim, akademik Yusuf […]

Serj Sarkisyan maşınına Bakı benzini tökür və…

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb. Tezadlar.az xəbər verir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının […]

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib. AZAL-dan bildirilib ki, bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq. AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər […]

Doğum gününüz mübarək, hörmətli Asif Mərzili!

Bu gün “Təzadlar” qəzetinin və eyni adlı xəbər portalının baş redaktoru Asif Mərzilinin doğum günüdür. Doğum günü münasibətilə hörmətli Asif müəllimə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Çox hörmətli və əziz Asif müəllim, bütün yaxınlarınız kimi, mən də Sizi əlamətdar ad gününüz münasibətilə təbrik edirəm. Sizə Uca Tanrıdan möhkəm cansağlığı, ailə […]

BMT-nin Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozu

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ildə Azərbaycanda iqtisadi artımın 2,7%-ə çatacağını proqnozlaşdırır. Tezadlar.az  xəbər verir ki,  bu barədə təşkilatın “World Economic Situation and Prospects 2026” hesabatında deyilir. BMT-nin hesablamalarına görə, 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,6% artıb. 2027-ci il üçün bu göstəricinin 2,6%-ə çatacağı proqnozlaşdırılır. BMT-nin hesablamalarına görə, 2025-ci ildə Azərbaycanda orta illik […]

“Max Group”un qanunsuz əməllərinə Türkiyə polisi də qarışmalı oldu…

Şirkətin qanunsuz əməlləri, abuteryentlərin pullarını mənumsəmələri və sair qanunsuz fəaliyyəti Azərbaycanla yanaşı,  artıq Türkiyənin hüquq-mühafizə orqanları da araşdıracaq… Gəlirəm mətləbə: tezadlar.az saytının 25 noyabr 2025-ci il buraxılışında “Max Group” MMC-də təkcə etibara deyil, həm də əmanətə xəyanət varmış…” başlıqlı yazı dərc etmişdik. Yazıda bu təhsil mərkəzinə rəhbərlik edən ər-arvad- Nəbiyev Elmin Nəsib oğlu və Fərqanə […]

Maştağa qəsəbəsində illərin problemi həllini tapdı

Bununla əlaqədar  qəsəbə sakinləri  aidiyyəti qurum rəhbərlərinə minnətdardırlar Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri uzun illərdir yol problemi ilə üzləşdiklərini bildirirlər. Qəsəbə sakinlərinin sözlərinə görə, uzun müddətdir qəsəbənin Baloğlan Bağırov küçəsi ilə Xanlar küçəsini birləşdirən 1-ci döngədə yolun vəziyyəti ciddi problemlər yaradırdı, xüsusilə yağışlı havalarda yol keçilməz olurdu, uşaqlar məktəbə getməkdə, sakinlər gündəlik hərəkətdə çətinlik çəkirdilər. […]

İlbizimi Avropa bazarında da olacaq…

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb.  Tezadlar.az xatırladır ki, agentliyin təqdim etdiyi məlumatlar əsasında müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında […]

Orta Doğu Texniki Universitetində möhtəşəm görüş…

…8 yanvar 2026-cı il tarixində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli Orta Doğu Texniki Universitetinin rektoru, prof. Ahmet Yozgatlıgilin qonağı oldular. Universitetdən tezadlar.az-a verilən məlumata görə, qonaqları səmimi qarşılayan Ahmet Yozgatlıgil universitet haqqında geniş məlumat verdi. Prof. Hamlet İsaxanlı rektor Ahmet […]

Dilimizin Akademiki-Ana dilimizin Prezidenti…

Prezident İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Azərbaycan dilinin saflığının qorunması məsələsinə toxunmaqla dilimizin əsil təəssübünü çəkən, zənginliyini qoruyan və inkişaf etdirmək üçün çalışan lider olduğunu göstərdi. Bununla bağlı siyasi elmlər doktoru olaraq mən də bəzi fikirlərimi bölüşmək istərdim. • Azərbaycan dili əsrlər boyu müxtəlif mədəniyyətlərin təsirinə məruz qalsa da, rus və fars […]

Peşikian, Rza Pəhləvi, SEPAH üçlüyü… ELBƏYİ HƏSƏNLİ YAZIR

Peşikian, Rza Pəhləvi, SEPAH üçlüyü. İranda Yuqoslaviya variantı İranla bağlı müzakirələr adətən yanlış sualdan başlayır. Kim hakimiyyətə gələcək. Məsud Peşikian, yoxsa Rza Pəhləvi. Bu baxımdan Peşikian və Rza Pəhləvi iki fərqli siyasi yol yox, iki fərqli yanlış gözləntini təmsil edir. Bu məsələyə Qərbin baxışı necədir? Öncə ona bir nəzər salaq. Qərbə görə Peşikian sistemin içindədir. […]

Asif Mərzilinin ad gününə…

Bu gün yazıçı-jurnalist Asif Mərzilinin ad günüdür. Asif müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və sağlam həyat arzulayıram. Bu yerdə qısa haşiyə çıxmaq istəyirəm: Asif müəllim və “Təzadlar” qəzetinin mənim üzərimdə, həqiqətən də, böyük əməyi vardı. Eyni zamanda mən Asif müəllimi mətbuatda, sanki məni hər cür təhlükədən qoruyan bir insan […]