Əsas məzmuna keç

QUTERRİŞ HƏYƏCAN TƏBİLİ ÇALDI: BMT çökə bilər

BMT-nin Baş katibi Antonio Quterriş bildirib ki, BMT üzvlük haqlarının ödənilməməsi və xərclənməmiş vəsaitlərin qaytarılmasını tələb edən büdcə qaydası səbəbindən qaçılmaz maliyyə çöküşü təhlükəsi ilə üzləşir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin əldə etdiyi Quterrişin məktubuna əsasən, təşkilatdakı böhranın dərinləşməsi proqramların həyata keçirilməsinə təhlükə yaradır və maliyyə çöküşü riskini artırır.

“Yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək”, – o qeyd edib.

Baş katibin hesablamalarına görə, təşkilatın maliyyə ehtiyatları iyul ayına qədər tükənə bilər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…