…Arxiv materiallarından qaynaqlanan, tarixçi-alim Boran Əzizin bu kitabına ön söz Tarix Elmləri doktoru Nigar Rövşən qızı Gözəlova faktlara əsaslanan tarixi hadisələri oxuculara təqdim edir.
Tarixi faktlardan göründüyü kimi Azərbaycan Dövlətinin parçalanması 1747-ci il, Nadir şah Əfşarın sui-qəstlə öldürülməsindən sonra başlayıb. Xanlıqlara bölünəndən sonra, 1813-cü ildən başlayaraq zaman-zaman Çar Rusuyasının işğalına məruz qalıbdı.
Bununla kifayətlnməyən car Osmanlıdan, İrandan er-məniləri kpçürüb İrəvan, Qarabağ xanlığına yerləşdirib. Ermənilərə göstərilən qayğı onların dövlət orqanlarına yerləşdirilməsi ilə davam etdirilib…
***
Ağdam rayonunun Mərzili kəndindən və ətraf kəndlərdən olan represiya qurbanlarından yazılmış bu kitabda Boran müəllim erməni müstəntiqlərinin, Ağdam rayonunun polis rəisi (keçmiş milis rəisi) Camqarovun canfəşanlığını qabarıq şəkildə qələmə alıb. Erməni müstəntiq X.Qriqoryanın atasına yazdığı məktubu oxuyuruq: ”… Yüz nəfər güllələtmişəm, beş yüz nəfər növbədədi…”. Elə bu bəs edir ki, nə baş verdiyi haqqında təsəvvürümüz olsun. Zalımlığın, qəddarlığın dərəcəsinə bax.
Kitabdakı faktlardan, arxiv materiallarından göründüyü kimi, əksəriyyəti erməni və digər millətlərdən olan müstəntiqlər, represiya məruz qalmış insanlara işgəncə verərək, ən ağır döymə metodlarından istifadə edərək, istədikləri ifadəni sənədləşdiribdilər. Apardıqları şahidlərə də təzyiq göstərib qorxudaraq yalan söyləməyə məcbur ediblər. Hətta üzləşmə belə aparılmayıb. Minlərlə insana ağır işgəncə verən keçmiş müstəntiq M.L.Şer yuxarı orqanlara yazdığı məktubdan:”Hən ərizə, həm də istintaq materialları həqiqəti əks etdirmir. Bunların hamsı mənim tərəfimdən yazılmışdır. Əvvəllər yazılan ərizə və bir protokol tamamilə yalandır. Mən yalan ifadəmi ona görə vermişəm ki, döyülməyə və incidilmə-yə dözə bilməmişəm”.
Boran Əziz öz əsərində represiya məruz qalanlara şa-hidlik edənlərin represiya dövrü və represiyadan sonrakı, 1953-cü ildən sonra verdikləri şahid dindirilmələrini qarşı-qarşıya qoyur. Represiya dövründə müstəntiqrin zorakılığından qorxan şahidlər, 1953-cü ildən sonra əvvəlki ifadələrini təkzib edirlər.
Güllələnməyə məruz qalan, sürgün olan represiya qurbanları sonradan bəraət alsalar da, artıq gecdi. Təsəl-li isə bəraət almaqlarıdı.
Müəllif “Acı həqiqətlər, ağrılı faktlar” kitabında təkcə Mərzili kəndinin represiya qurbanlarından deyil, Ağdam rayonunun başqa kəndlərinin və ADU-dan olan represiya qurbanlarının həyatlarını da işıqlandırır. Bu da çox təqdirə layiqdir. Erməni cəlladları çar Rusiyası dövründə, Sovet hakimiyyəti dövründə rus havadarlarına arxalanıb başımıza gətirdikləri göz önündədi. Xocalı tarixinin tədqiqatçısı, Tarix Elmləri doktoru Boran Əzizin bu kitabı tarixi düşmənlərimizin birləşib birlikdə millətimizə qarşı törətdikləri cinayətlərdən danışır. O, öz oxucularını ayıq olmağa çağırır. Ziyalılarımızı həmişə üz-üzə qoyan düşmənlər, bizim bir-birimizə ömürlük düşmən olmağımıza çalışırlar.
Yuxusuz gecələrin məhsulu olan bu əsəri ortaya qoyan Böran müəllim arxivdə işlədiyi müddətdə sağlamlığını təhlükə altına atdı. Çünki hamı bu arxiv matertiallarının açılmasını, çap olunmasını gözləyirdilər. Arxiv tozuna bata-bata çəkilən gərgin əmək öz nəticəsini verdi.
Əsəri oxuyan oxucular represiya qurbanlarının haqsızlığa məruz qaldıqlarını, şahidlərin özlərinin də ora düşməklərindən qorxaraq yalan ifadə verməklərinin şahidi olurlar. Buna görə də əsər oxucular tərəfindən rəğbətlə qarşılanacaq və seviləcək.
Tarixçi-alim Boran Əzizə çoxlu uğurlar arzulayıram və növbəti tarixi əsərini gözləyirik!
Məmməd Mərzili