25 Fevral 2026 / 04:48

Böyük Britaniya “Drujba”nı 2027-ci ilin oktyabr ayına qədər sanksiyalardan azad edib

Böyük Britaniya hökuməti “Drujba” neft kəmərini sanksiyalardan azad edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsi (OFSI) tərəfindən verilən ümumi lisenziyada bildirilib.

Sənəddə qeyd edilir ki, sanksiyalardan azadolma 14 oktyabr 2027-ci il tarixinə qədər qüvvədədir.

24 fevralda elan edilən yeni Rusiya əleyhinə sanksiyalar paketi səbəbindən kəmər məhdudiyyətlərə məruz qalıb. Boru kəmərinin Rusiya hissəsini idarə edən “Transneft” də paketə daxil edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!