3 Mart 2026 / 04:21

Britaniya, Fransa və Almaniya uzunmənzilli raketlər hazırlayacaqlar

Fransa prezidenti əlavə edib ki, tərəfdaşlıq gücləndikcə, Avropa suverenliyini dəstəkləməyə yönəlmiş digər layihələr də ortaya çıxa bilər

Fransa nüvə silahından istifadə etmədən mümkün münaqişənin “gərginləşməsini idarə etmək” üçün Almaniya və Birləşmiş Krallıqla birgə yeni uzunmənzilli raketlər hazırlamaq niyyətindədir.

Tezadlar.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron milli nüvə çəkindiricisi ilə bağlı açıqlamasında bildirib.

“Dərinliyə zərbə vurma qabiliyyətinə gəldikdə, Birləşmiş Krallıq, Almaniya və Fransa ELSA təşəbbüsü çərçivəsində çox uzunmənzilli raketlərin hazırlanması layihələri üzrə əməkdaşlıq edəcəklər. Bu, bizə ənənəvi vasitələrdən istifadə edərək gərginliyin idarə olunması üçün yeni imkanlar verəcək”, – Makron deyib.

O əlavə edib ki, tərəfdaşlıq gücləndikcə, Avropa suverenliyini dəstəkləməyə yönəlmiş digər layihələr də ortaya çıxa bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!