26 Fevral 2026 / 05:39

Britaniya səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb

Britaniya səfiri Londonun “Imedi” və “Postv” televiziya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Rustavi 2” telekanalında bildirib.

“Britaniya tərəfi ilə əlaqə saxladıq və sabah Britaniya səfirini Gürcüstan Xarici İşlər Nazirliyində gözləyirik. Bu qərarların əsasının izahını tələb edəcəyik”, – nazir bildirib.

Böyük Britaniya dünən Gürcüstan media orqanlarına qarşı sanksiyalar tətbiq etdiyini elan edərək onları Ukraynadakı vəziyyətlə bağlı yalan məlumat yaymaqda ittiham edib.

Bundan əvvəl Aİ Xarici İşlər Xidmətinin sözçüsü Anitta Hipper Qərbin Gürcüstanın daxili işlərinə müdaxiləsini etiraf etmişdi. O, Aİ-nin dinc etiraz aksiyaları keçirən jurnalistləri və vətəndaş cəmiyyəti nümayəndələrini dəstəklədiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!