Əsas məzmuna keç

Bu çaylarda sululuq artıb

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100

Avtomat hidroloji stansiyaların aprelin 21-i saat 11:00-a olan məlumatına əsasən, ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qudiyalçay-Qımılda 6, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçay-Əliquluuşağıda 8, Oxçuçay-Bürünlüdə 7, Quruçay-Böyük Tağlar və Tərtərçay-Kəlbəcərdə 3 santimetr artım qeydə alınıb.

Kür çayının aşağı axınında – Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 20, Kür-Salyanda 10, Kür-Bankədə 5 santimetr artıb.

RÖVŞANƏ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…