28 Fevral 2026 / 09:11

Bu ölkə ABŞ-dan bütün sanksiyaların tamamilə ləğvini tələb etdi

Venesuela prezidentinin elçisi Delsi Rodrigez ABŞ administrasiyasını respublikaya qarşı sanksiyaları tamamilə ləğv etməyə çağırıb.

Tezadlar.az bildirir ki, o, bu açıqlamanı neft və qaz sektorunun nümayəndələri ilə görüşdə verib.

Rodrigez Donald Trampa ona və Venesuela hökumətinə hörmətinə görə təşəkkür edib, lakin birtərəfli məhdudiyyətlərin təkcə dövlətə deyil, həm də sahibkarlara, elm adamlarına və adi işçilərə zərər verdiyini vurğulayıb.

O, Vaşinqtona ikitərəfli enerji gündəliyi təklif edib. Onun sözlərinə görə, əməkdaşlıq qarşılıqlı hörmətə və fikir ayrılıqlarının diplomatik həllinə əsaslanacaq.

Siyasətçi sənaye nümayəndələrinə müraciət edərək bildirib ki, “Ölkəmizə qarşı daha blokada olmayacaq”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!