Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən dələduzluğa məruz qaldığını iddia edən blogger polisə şikayət edib. Tezadlar.az xatırladır ki, Fidan Zeyn sosial media hesabında “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva tərəfindən aldadıldığını yazıb. Sitat: “Mən və Azerina etibarımızdan sui istifadə edilərək aldadılmışıq, nəticədə çox böyük maddi və mənəvi zərər görmüşük. 2 aydır ki, Xətai Polis İdarəsi tərəfindən araşdırılma aparılmasına baxmayaraq ciddi tədbir görülməyib, mənə vurulmuş ziyan hələ də ödənilməyib. İş üzrə obyektiv araşdırmanın aparılmasını xahiş edirik. Haqq-ədalət artıq öz yerini tapsın”.
Bloqer açıqlamasında bildirib ki, K.Həmzəyeva ilə ortaq biznes qurub: “Könül Həmzəyeva ilə ortaq biznes qurmuşduq. Bu işə inanaraq həyətyanı sahəmi və avtomobilimi satdım, əldə etdiyim vəsaiti biznesə yatırdım. Amma sonda onun tərəfindən aldadıldım. 150 min manat vəsaitim mənimsənilib”.
DİN-in Mətbuat Xidmətindən deyilib ki, Xətai RPİ-də istintaq araşdırmaları aparılır və əməl sübut edilərsə, hüquqi qiymət veriləcək.
Bu da etibar etməyin sonu…
Səbuhi