Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Çelik bir neçə gün əvvəl Bakıda konsert verib. Gecədə onunla şəkil çəkdirmək istəyən tamaşaçılarla kobud davranışı isə gündəm olub.
Tənqidçilərinə isə sosial media hesabında cavab vermişdi.
Tezadlar.az xəbər verir ki, müğənni yenə də baş verənlərlə bağlı – sosial şəbəkədə onu tənqid edən azərbaycanlı izləyiclərdən birinə daha sərt şəkildə cavab verib.
İzləyicinin “Türkiyədə işi olmayan, telekanllara çıxmayan, pulu bitən, qumar borcu olan, Türkiyədə heç kimin saymadığı müğənnilər pul toplamaq üçün Bakıya gəlir” sözləri Çeliki daha da əsəbiləşdirib.
O həmin şərhə “Başqası haqda nəsə deyə bilmərəm. Ancaq mənim hər ay Türkiyədə 15-20 konsertim var və hamısı qısa zamanda “sold-out” olur. Bunlar sizin öz düşüncələrinizdir. Amerika, Almaniya, Belçika, Niderland və Avstraliyada səhnələrə çıxıram. Siz ancaq saxta profildən bunları yaza bilərsiniz. Gerçək profilinizlə yaza bilməyəcək qədər qorxaq və xaraktersizsiniz” cavabını yazıb.
