Əsas məzmuna keç

Cəlilabadda ev yandı

Cəlilabad rayonunda ev yanaraq külə dönüb.

Tezadlar.az xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, Müslüm Əliyevə məxsus ikimərtəbəli evdə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Buna baxmayaraq fərdi yaşayış evi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…