Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çinin Quansi Çjuan Muxtar rayonunda baş verən 5,2 bal gücündə zəlzələdən sonra 7 mindən çox insan təxliyə edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, üç nəfər itkin düşüb.
Zəlzələ nəticəsində azı 13 yaşayış binasına ciddi ziyan dəyib. Dörd nəfər xəstəxanaya yerləşdirilib. Xilasetmə xidmətləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
Çin Zəlzələ Administrasiyası zəlzələ ilə əlaqədar dördpilləli fövqəladə reaksiya sistemində üçüncü səviyyəli xəbərdarlıq rejimi elan edib. Bu sistemdə birinci səviyyə ən yüksək təhlükə dərəcəsi hesab olunur.
Zəlzələ mayın 18-nə keçən gecə baş verib. Yeraltı təkanların episentri Liuzhou şəhərinin Liunan rayonunda yerləşib. Zəlzələ ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, Liuzhou şəhərində 4 milyondan çox insan yaşayır.