11 İyun 2026 / 10:43

Culfada yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb

Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, 2 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, hadisə şəhərdə yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Hazırda onlar Culfa Rayon Mərkəzi Xəstəxanasında müalicə alırlar. Həkimlərin verdiyi məlumata görə, xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbi müəyyənləşdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!