Leyla Əhmədova barəsində daha əvvəl həbs qətimkan tədbiri seçilib. Həbs qərarı apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu gün – biraz əvvəl isə L.Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
————
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.
Tezadlar.az xəbər verir ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.







