Əsas məzmuna keç

Dəm qazından boğulub öldü və…

İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tezadlar.az TƏBİB- ə istinadla xəbər verir ki, faciə nəticəsində ana Azadova Mehriban İdris qızı, iki azyaşlı övladı Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı vəfat ediblər.

Ailə başçısı Bəhrəmtəpə kənd sakini 1989-cu il təvəllüdlü Azadov Vasif Əlirza oğlu komatoz vəziyyədə İmişli rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

“Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Vəziyyəti orta ağır qiymətləndirilir”, – TƏBİB-dən tezadlar.az- ın sorğusuna cavab olaraq belə deyilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…