26 Fevral 2026 / 12:23

DİN əməkdaşlarından daha bir narkotik əməliyyatı: 52 kiloqram… (Əməliyyat çəkilişi)

51 kq-dan artıq narkotik vasitə və 2999 ədəd metadon aşkarlandı.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fuad Həsənov saxlanılıb.
Tezadlar.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki,  Fuad Həsənov idarə etdiyi avtomobildən və paytaxt ərazisində gizlətdiyi yerdən ümumilikdə 51 kiloqram 555 qram marixuana və 2999 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırmalarla narkotiklərin xarici ölkə vətəndaşının tapşırığı ilə müxtəlif ünvanlara yerləşdirilməsinin planlaşdırıldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!