Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə prezidenti R.T.Ərdoğanın xətasını düzəltdi, aydınlıq gətirdi. Deyir: “…500 il əvvəl yaşananları bu günə daşıyaraq düşmənçilik çıxarmaq əsla doğru deyildir. Şah İsmayıl da bizim üçün ən azı Sultan Yavuz qədər sayğıdəyər, yeri dolmayacaq bir hökmdarımızdır. 500 il əvvəl Çaldıranda tökülən qan, türkün, türkmanın qanıdır”.
Azərbaycanda da, Türkiyədə də “Bir millət, iki dövlət” düşüncəsinə düşmən olanlar var və bunu hər kəs bilir. Amma bilməyənlər də var ki, onlara bildirmək lazımdır ki, Türkiyə-Azərbaycan ittifaqı heç vaxt sarsılmayacaq. Çünki bu ittifaq qan yaddaşı ilə cilalanıb, bitib-bitişib, möhkəmlənib.