Əsas məzmuna keç

DTX-nin həbs etdiyi Mirədalət Talışxanov barəsində qərar qəbul edildi

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. Tezadlar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, hökm dəyişdirilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Mirədalət Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib. Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb. Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…