Əsas məzmuna keç

Əlcəzairdə meşə yanğınlarında 12 nəfər ölüb

İlkin məlumatlara görə, Əlcəzairin şərqindəki əyalətlərdə baş verən meşə yanğınlarında 12 nəfər həyatını itirib.

Tezadlar.az xəbər verir ki, yerli medianın məlumatına görə, Əlcəzairin daxili işlər naziri Səid Sayut ölkənin şərq hissəsini əhatə edən yanğınlarla bağlı açıqlamalar verib.

Sayut bildirib ki, ilkin rəqəmlərə görə, yanğınlar nəticəsində 12 nəfər ölüb.

Vəlayətlər üzrə itkilərin bölgüsü barədə məlumat verən Sayut bildirib ki, Bejayada 4, Jijelda 5 və Tizi Ouzou əyalətində 3 nəfər ölüb.

Bölgədə yanğınsöndürmə işlərinin davam etdiyi bildirilib.

Dünən Əlcəzair Mülki Müdafiə Baş İdarəsi bölgəni təsir edən isti hava dalğası səbəbindən baş verən 58 meşə yanğınından 21-nin nəzarət altına alındığını və 37 yanğının söndürülməsi üçün səylərin davam etdirildiyini açıqlayıb.

Ötən ay Əlcəzairdə baş verən böyük meşə yanğınlarında altı nəfər ölüb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…