2 Mart 2026 / 11:16

Əli Laricani region ölkələrinə xəbərdarlıq etdi: ABŞ bazalarına zərbələr endirəcəyik

İran ABŞ ilə danışıqlar aparmayacaq.

Tezadlar.az bildirir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb.

“Region ölkələrinə bildiririk: biz sizə hücum etmirik. Lakin ərazinizdə yerləşən bazalar bizə qarşı istifadə edildikdə və ABŞ regionda həmin qüvvələrə arxalanaraq əməliyyatlar apardıqda, biz bu bazalara zərbələr endirəcəyik. Bu bazalar həmin ölkələrin ərazisi deyil, ABŞ ərazisidir”, – deyə o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!