Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu İranda ölkənin ali lideri Əli Xameneinin yeraltı bunkerini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Israil Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
IDF-in məlumatına görə, İranın keçmiş ali liderinin yeraltı bunkeri bu səhər İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.
Ordu qeyd edir ki, təxminən 50 qırıcı təyyarə obyektə 100-ə yaxın bomba atıb. Bunker Tehran şəhərində İranın “liderlik kompleksi”nin altında yerləşirdi, bir neçə küçə boyunca uzanırdı və “İranın yüksək vəzifəli üzvlərinin toplaşması üçün çoxsaylı girişlər və otaqlardan” ibarət idi.
Bildirilir ki, yeraltı bunker kompleksin altında inşa edilmişdi və Xamenei tərəfindən müharibənin idarə olunması üçün nəzərdə tutulmuş təhlükəsiz fövqəladə obyekt idi. Lakin o, bundan istifadə etməyə imkan tapmazdan əvvəl zərbə nəticəsində aradan götürüldü.