Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Amerikalı maliyyəçi Ceffri Epşteynə qarşı işin sənədlərində Britaniyalı fizik Stiven Hokinqin yetkinlik yaşına çatmayanlar ilə orgiyası ilə bağlı mesaj aşkar edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.
Məktublarından birində Epşteyn keçmiş Britaniya şahzadəsi Endryu Mauntbatten-Vindsoru təcavüzdə ittiham edən Virciniya Cuffrenin Hokinqə, eləcə də keçmiş ABŞ prezidenti Bill Klintona qarşı ittihamlar irəli sürəcəyini irəli sürüb. Maliyyəçi iddia edir ki, qızın dostlarına və ya qohumlarına ifadə vermək və “ittihamlarının yalan olduğunu sübut etmək” üçün pul ödənilə bilər.
“Ən inandırıcı dəlil Klintonla şam yeməyi və Vircin adalarında Stiven Hokinqin yetkinlik yaşına çatmayanlar ilə orgiyada iştirak etməsi ilə bağlı yeni nəzəriyyədir”, – məktubda deyilir.
Nəşrin müəllifi qeyd edir ki, sənədlərdə Hokinqin Epşteynlə birlikdə “kişi klubuna” baş çəkməsi də qeyd olunur. Bundan əlavə, jurnalistlər sənədlərdə fizikin şəkillərini tapıblar. Birində o, şezlonqda uzanıb, yaxınlığında çimərlik geyimində iki qadın oturub — onlardan biri Hokinqin əlində kokteyl tutur.
E.ŞİRİNOV