Əsas məzmuna keç

ERMƏNİLƏR SƏMADA AZƏRBAYCANIN TÜRKİYƏDƏ MODERNLƏŞDİRİLMİŞ QIRICILARINI DA GÖRƏ BİLƏCƏK

Azərbaycan ordusunda bütün döyüş texnika və sursatları artıq beynəlxalq standartlara uyğunlaşdırılır…

Eləcə də Azərbaycan HHQ-nin SU-25 döyüş təyyarələri… Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki,  bu qırıcılar Türkiyədə müasirləşdiriləcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir bildirib. Azərbaycana məxsus SU-25 təyyarələri “ağıllı sistemlər və bəzi silah növləri ilə” müasirləşdiriləcək, deyə Türkiyənin DHA agentliyi Demirdən sitat gətirib. 

Beləliklə, Ermənistan sülhə gəlməsə, sakit dayanmasa, səmada Türkiyədə modernləşdirilmiş bu qırıcıları da görə biləcək. Kabus yuxuları görməmək üçün isə danışıqlarda özlərini fransızlaşdırlmış erməni kimi yox, elə adi-miskin erməni kimi göstərməlidirlər…

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…