Ermənistan və Polşa arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Sənəd Polşa və Ermənistan baş nazirləri Donald Tusk ilə Nikol Paşinyan arasında Varşavada baş tutmuş görüşün yekunu üzrə imzalanıb.
Ermənistan tərəfdən sazişi xarici işlər naziri Ararat Mirzoyan, Polşa tərəfdən isə milli müdafiə naziri Vladislav Kosinyak-Kamış imzalayıb.







