Ötən gün- martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib. Tezadlar.az xatırladır ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yaylb. Məlum olur ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınıb.
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Ermənistanın siyasi- hərbi rəhbərliyi nə istəyir? Bir tərəf sülh sazişindən danışır, digər tərəf isə ərazimizi güllə- baran edir. Bu ölkədə it yiyəsini tanımırsa, heç olmasa yiyəsi itini tanımalı və tədbir görməlidir.
A.Məmmədli