“Eşitdim, amma əvvəlcə inanmadım…”- SƏRİYYƏ MÜSLÜMQIZI YAZIR

Oxunma sayı: 474

…Bu il martın 2-də keçirilmiş buraxılış imtahanından maksimum 300 bal toplayan  23 abituriyentdən  biri də Çinarə Rəşid qızı Quliyevadı.

Onunla sevincini bölüşmək istədik. Çinarə 2014-cü ildə Tərtər rayonunun Sarov kəndində anadan olub, həmin kənddə tam orta məktəbdə oxuyub. Anası Elnarə xanım müəllimə, atası isə musiqiçidir.  Ailədə 3 uşaqdırlar: bacısı Aliyə, qardaşı Fərid də dərs əlaçısıdır.

Çinarə  söyləyir ki,  yüksək bal toplayacağıma inansam da, 300 bal olacağına inanmırdım. Eşidəndə isə bir anlığa donub qaldım. Hələdə bu hissləri yaşayıram, inanmağım gəlmir.

XXX

Çinarə 2024 –cü ildə Əlaçı intellektual oyununda 2-ci yerə çıxıb, Respublika Fənn Olimpiadasında isə tarix fənni üzrə yarımfinala vəsiqə qazanıb. Oxuduğu məktəbin başını uca edən Çinarə balamızın uğuruna təkcə ailə üzvüləri  deyil, məktəbin bütün pedaqoji kollektivi, dostları sevinir.

“Bəs hansı ixtisasın sahibi olmaq istəyirsən”- sualıma isə o, “Hüquqşünas olub vətəndaşların hüquqlarını müdafiə edəcəyəm”- dedi.

Arzun çin olsun,Çinarə!  Qızıl kimi  kimi qızımız…

Səriyyə Müslümqızı

(Qarabağ, Xankəndi)

Xəbəri paylaş

18 Aprel