Əsas məzmuna keç

Etna vulkanının püskürməsindən yaranan kül buludu İtaliyada uçuşlara mane oldu

İtaliyanın Siciliya adasında Etna vulkanının püskürməsindən yaranan kül buludu səbəbindən Kataniya hava limanına uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Tezadlar.az xəbər verir ki, hava limanı operatoru SAC-ın sosial media hesabında verdiyi açıqlamada, Etnadan yaranan külün hava limanının ətrafındakı hava məkanına yayılması səbəbindən gəliş uçuşlarının yerli vaxtla saat 15:00-a qədər dayandırıldığı bildirilib.

Açıqlamada vəziyyətin Kataniya hava limanındakı əməliyyatlara əhəmiyyətli dərəcədə təsir etdiyi qeyd edilib və sərnişinlərə hava limanına getməzdən əvvəl uçuşlarının vəziyyətini aviaşirkətləri ilə yoxlamaları tövsiyə edilib.

Etna dağı təxminən 3300 metr hündürlükdə olan kontinental Avropadakı ən yüksək aktiv vulkandır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…