Əsas məzmuna keç

FHN Ağcabədidə kanalda itkin düşən şəxsi axtarır

Ağcabədi rayonunun Avşar kəndindən keçən Qarabağ suvarma kanalında bir nəfərin batması ilə bağlı məlumat daxil olub.

Tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hazırda 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…