21 Fevral 2026 / 08:35

FHN- də daha bir sevgi məcarası?- QALMAQAL

Sosial şəbəkələrdə nələr yaşançır…  FHN- nin adı hallanan daha bir qalmaqal barədə redaksiyanın elektron poçtuna da belə bir məlumat göndərilib. Məlum olur ki, bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb. Bloger, Anarın onu intim videolarla təhdid etdiyini bildirib və həyat yoldaşına bütün mesajları göstərib. Çelsi qeyd edib ki, Anarın atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub, əmisi İlham Pirməmmədov isə keçmiş təhsil nazirinin müşaviri olub. Anarın qayınanası Mehriban Səmədova İqtisad Universitetində kafedra müdiridir, bacısı isə hüquq üzrə professor Şəhla Səmədovadır. Bloqer iddia edir ki, Anar xidməti avtomobillə onu izləyib və məsələ ictimailəşsə, işdən çıxarılacağı barədə xəbərdarlıq alıb.
Bloqer qeyd edib ki, sözügedən şəxslə bir neçə il əvvəl “Instagram”da tanış olublar: “…Anar Pirməmmədov Fövqəladə Hallar Nazirliyində Ərizələrin və şikayətlərin qəbulu şöbəsinin müdiridir. İki il dostluq etdik, sonra münasibətə başladıq. İlyarım sevgi münasibətimiz oldu, ümumilikdə üç il yarım davam edib. Bir müddət sonra öyrəndim ki, evlidir və iki uşağı var. Bunu özü də təsdiqlədi. Daha sonra həyat yoldaşı məni tapdı. Anar mənə zəng edib intim videoları yaymaqla hədələdi. Dedi ki, yayılmasını istəmirsənsə, həyat yoldaşıma heç nə demə. Mən isə həyat yoldaşına hər şeyi danışdım, səsyazılarını və mesajlarını göndərdim. Anarın atası Həsrət Pirməmmədovun adının rüşvət işlərində hallandığı, işdən uzaqlaşdırıldığı barədə məlumatlar var. Həsrət Pirməmmədovun Ramiz Mehdiyevin yaxın adamlarından olduğu, hətta karantin dövründə qızına təşkil etdiyi toyda iştirak etdiyi barədə məndə məlumat var. Hazırda ölkədə deyiləm. Məndə olan materiallar realdır və səsyazıları mövcuddur.”
Adı çəkilən şəxsləri dinləməyə hazırıq…
Elşad Cəbrayıllı
P.S.Maraqlıdır, niyə belə bir qalmaqallı hadisə son günlər məhz FHN- dən 3 generalın qəflətən işdən çıxarılmasından sonra baş verir? Oxşar hadisə bir neçə il əvvəl də FHN kabinetlərinin birində yaşanmışdı və böyük rezonans doğurmuşdu, həbs edilən də var idi…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!