Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-də, Florida ştatının Pembrok-Payns şəhərindəki Nort-Perri hava limanında helikopter qəzaya uğrayıb, nəticədə dörd nəfər xəsarət alıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “NBC6” yanğınsöndürmə idarələrinə istinadən məlumat yayıb.
Federal Aviasiya Administrasiyası (FAA) bildirib ki, “Robinson R44” vertolyotu havaya qalxmağa çalışarkən qəzaya uğrayıb. Qəzadan sonra helikopter çevrilib və yaxınlıqdakı təyyarəyə dəyib.
Nəticədə helikopter orta dərəcədə zədələnib.
Vurğulanıb ki, bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onların xəsarətləri həyati təhlükə yaratmır.