Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniya Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen üçün Macarıstan qədər problemə çevrilib.
Tezadlar.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.
Jurnalistlər bildirirlər ki, Aİ rəhbəri şəxsi söhbətlərdə bu ölkələrin baş nazirləri Pedro Sançes və Viktor Orbanı “iki problem” adlandırır. Nəşrin məlumatına görə, hər iki lider fon der Leyenin təşəbbüslərini rədd edir.
5 martda İspaniyanın müdafiə naziri Marqarita Robles NATO-nun baş katibi Mark Ruttenin ABŞ-ın İrana qarşı müharibəsinə hərbi blok daxilində geniş dəstək olduğu iddiasını təkzib edib. O, Ruttenin İrana qarşı ABŞ müharibəsi ilə bağlı fikrini “bölüşmədiyini” vurğulayıb.
Almaniya fon der Leyenin İranla bağlı açıqlamasına Aİ-də sərt reaksiya olduğunu bildirib.
Daha əvvəl İspaniyanın Baş naziri Pedro Sançes ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını pisləyib. O, Trampa İspaniya hərbi bazalarından İrana hücum etməyi qadağan edib və ABŞ Hərbi Hava Qüvvələrinin tankerlərini göndərib. O, həmçinin silahlı münaqişənin dərhal azaldılmasına, beynəlxalq hüquqa hörmət edilməsinə və dialoqun tez bir zamanda bərpa olunmasına çağırıb. Buna cavab olaraq ABŞ prezidenti İspaniya ilə bütün ticarət əlaqələrini kəsmək niyyətində olduğunu açıqlayıb.
Bundan əvvəl Macarıstan Avropada qiymətlərin artması səbəbindən enerji ixracını qadağan etmişdi.
E.ŞİRİNOV