Əsas məzmuna keç

Fransada 2026-cı ildə 116.000 hektar ərazi kül oldu

Fransa tarixinin ən pis yanğın mövsümlərindən birini yaşayır. Hökumət ilin əvvəlindən bəri Paris şəhər mərkəzlərinin 11 qatına bərabər olan 116.000 hektar ərazinin yandığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, daxili işlər naziri Loran Nunyes “France 2”-də çıxış edərək ölkədə davam edən yanğınları qiymətləndirib.

Nunyes bildirib ki, ötən həftə Fransanın cənub-qərbindəki Jironde əyalətində başlayan yanğınlar indiyə qədər 42.000 hektar ərazini əhatə edib və 2500-dən çox yanğınsöndürən və 18 təyyarə tərəfindən söndürülən yanğın hələ də nəzarət altına alınmayıb.

İlin əvvəlindən bəri ölkə daxilində 13.566 yanğın baş verdiyini qeyd edən Nunyes, indiyə qədər 116.000 hektardan çox ərazinin yandığı barədə məlumat paylaşıb.

Bu ərazi Paris şəhər mərkəzinin təxminən 11 qatına bərabərdir.

Nunyes xatırladıb ki, Fransanın ən pis yanğın mövsümlərindən biri olan 2022-ci ildə il ərzində 70.000 hektar ərazi yanıb.

Yanğın mövsümünün əvvəlki illərdən daha tez başladığı Fransada, Jironda bölgəsində, eləcə də Land, Var və Ote-Korse bölgələrində günlərdir yanğınlar davam edir.

Yanğınlar səbəbindən 200.000-dən çox insan təxliyə edilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…