Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Avqust 2026 / 15:24

Füzulidə avtoqəzada xəsarət alan şəxslər Bakıya gətirildi – YENİLƏNİB

Füzulidə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Bakıya gətirilib.

Bu barədə Tezadlar.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Füzuli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər 09.08.2026-cı il tarixində saat 19:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara sol bud sümüyünün boyun nahiyəsinin və sirkə kasasının, digər pasiyentlərə isə sol körpücük sümüyünün, sol dirsək sümüyünün distal hissəsinin və sol said sümüklərinin sınığı diaqnozları təyin olunub.

1967, 1982 və 1973-cü il təvəllüdlü şəxslər ixtisaslı tibbi yardımın göstərilməsi üçün Yeni Klinikaya, 2018-ci il təvəllüdlü şəxs isə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.

12:25

Füzulidə baş verən avtoqəza zamanı xəsarət alanların kimliyi məlum olub.

Tezadlar.az-ın xəbərinə görə, “Hyundai” markalı avtomobilin aşması nəticəsində sürücü Zülfüqar Şükürov, avtomobildə olan Səfər Hasani, Səfəri Məhsəti və Adilə Şükürova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

09:29

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az-ın xəbərinə görə, rayon ərazisində hərəkətdə olan “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlər də xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!