23 İyul 2026 / 21:17

Gəncədə iki bacını avtomobil vurdu

Gəncədə iki piyadanı avtomobil vurub.

Tezadlar.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən iki bacı; 2013-cü il təvəllüdlü M. Əliyeva və 2023-cü il təvəllüdlü G. Əliyevanı vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!