Gəncədə sakini silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Tezadlar.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini Z.Əsgərov atəş nəticəsində ürəyindən yaralanaraq xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır







